KADR İŞİ

BP-də işləyən Azərbaycan vətəndaşlarının sayı azalıb
13 MAY
111

BP-də işləyən Azərbaycan vətəndaşlarının sayı azalıb

2019-05-13 16:56:00

2019-cu ilin ilk rübünün sonunda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2524 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.  Bu, BP şirkətinin rüblük hesabatında bildirilib. 

2018-ci ilin sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2534nəfər idi.  Beləliklə, ilk rübdə BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 10 nəfər azalıb. 

2018-ci ilin ortalarından BP-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edib. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.

Birinci rüb ərzində BP Azərbaycan şirkətinin üç yerli işçisi BP-nin Böyük Britaniya, İraq və Rusiya ofislərində yüksək vəzifəli rəhbər işlərə təyin olunub.  

BP öz təlim və inkişaf proqramlarını daha da optimallaşdırmaq, yüksək səviyyəli kadrlar üzrə yerli bazarı daha da yaxşılaşdırmaq məqsədilə dövlət və özəl sektorun təşəbbüslərində yaxından iştirak etmək səylərini davam etdirəcək.

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8964
  • ₽ RUB
    0.0264