KADR İŞİ

Azərbaycanda bəzi hakimlərin səlahiyyət müddəti bitib – ADLAR, SİYAHI
13 MAY
708

Azərbaycanda bəzi hakimlərin səlahiyyət müddəti bitib – ADLAR, SİYAHI

2019-05-13 15:34:00

Azərbaycanda bəzi hakimlərin səlahiyyət müddəti başa çatıb.

FED.az xəbər verir ki, bu siyahıda Konstitusiya Məhkəməsinin hakimi Rafael Qvaladze, Ali Məhkəmənin hakimləri - Əli Rüstəmov, Gülzar Rzayeva, Bakı Apellyasiya Məhkəməsinin hakimləri - Etibar Nəbiyev, Səriyyə Seyidova, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Ramella Allahverdiyeva, Əliövsət Abasov və Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin sədri İlqar Abbasovun adları var.

Qeyd edək ki, hakimlərin səlahiyyət müddəti 5 ildir.

© ONA.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır