KADR İŞİ

Təhsil şöbəsinə yeni müdir təyin edildi – FOTO
10 MAY
248

Təhsil şöbəsinə yeni müdir təyin edildi – FOTO

2019-05-10 19:02:00

İmişli Rayon Təhsil Şöbəsinə (RTŞ) yeni müdir təyin olunub.

Fins.az "Report"a istinadən  məlumat verir ki, müfaviq əmrlə bu vəzifəyə Ələmdar Abbas oğlu Quliyev təyin edilib. 

Ə.Quliyev bu təyinatadək şöbədə aparıcı məsləhətçi vəzifəsində çalışıb.

Qeyd edək ki, Ə.Quliyev 1962-ci ildə İmişli rayonunun Çaxırlı kəndində anadan olub. 1993-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. 1989-1997-ci illərdə İmişli rayonunun Çaxırlı kənd orta məktəbində müəllim, 1999-2003-cü illərdə həmin məktəbin direktoru, 2004-2006-cı illərdə İmişli RTŞ-də metodist, 2006-2019-cu illərdə isə aparıcı məsləhətçi vəzifələrində çalışıb. Evlidir, 2 övladı var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8964
  • ₽ RUB
    0.0264