KADR İŞİ

Naxçıvan mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilib
18 MART
304

Naxçıvan mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilib

2019-03-18 12:40:00

Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilib.

Fins.az-ın Oxu.az-a istinadən məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Rəşad Xudiyev Naxçıvan Muxtar Respublikası mədəniyyət nazirinin müavini vəzifəsindən azad edilib.

Qeyd edək ki, R. Xudiyev 1 il 4 ay əvvəl, 29 noyabr 2017-ci ildə Naxçıvan Muxtar Respublikası mədəniyyət və turizm nazirinin müavini təyin edilib. R. Xudiyev ondan əvvəl muxtar respublikanın Təhsil Nazirliyində və Nazirlər Kabinetində çalışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır