KADR İŞİ

MTRŞ-nın sədr müavini və daha bir üzvünün səlahiyyət müddəti başa çatıb
13 MART
91

MTRŞ-nın sədr müavini və daha bir üzvünün səlahiyyət müddəti başa çatıb

2019-03-13 12:43:00

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədr müavini və daha bir üzvünün səlahiyyət müddəti başa çatıb.

Fins.az xəbər verir ki, bu barədə “Report”a açıqlamasında MTRŞ-nın Aparat rəhbəri Asəf Hacıyev məlumat verib.

O bildirib ki, Qafar Cəbiyev və Əlvan Ağayevin səlahiyyət müddəti bu il martın 1-də bitib.

Hər iki şəxs Şura kollektivi ilə vidalaşıb.

MTRŞ-nın yaxın günlərdə keçiriləcək iclasında yeni sədr müavini seçiləcək.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurası üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Balakişiyev Bəxtiyar Qaraca oğlu və Əliyeva Telli Pənah qızı Şuranın üzvləri təyin olunublar.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264