KADR İŞİ

Sovet dövrünə aid əmək kitabçaları dəyişdirilir?
07 MART
328

Sovet dövrünə aid əmək kitabçaları dəyişdirilir?

2019-03-07 11:39:00

Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli 186 nömrəli qərarına əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Əmək kitabçalarının hazırlanması və işəgötürənlərə verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. 

Azərbaycan Respublikasında dövlət dili haqqında qanunun

Azərbaycan Respublikasında dövlət dili haqqında qanunun 14 maddəsinə əsasən Azərbaycan Respublikasının dövlət dilinin əlifbası latın qrafikalı Azərbaycan əlifbasıdır.

15 maddə də qeyd olunur Azərbaycan Respublikasında dövlət dilində nəşr olunan çap məhsulları latın qrafikalı Azərbaycan əlifbasında buraxılmalıdır. Azərbaycan yazı mədəniyyətinin tarixində mühüm rol oynamış ərəb və kiril əlifbalarından xüsusi hallarda (lüğətlərdə, elmi nəşrlərdə ədəbiyyat göstəricisi və s.) istifadə edilə bilər. 16 maddədə qeyd olunur ki. Azərbaycan Respublikası vətəndaşlarının doğum və nikah haqqında şəhadətnamələri, şəxsiyyət vəsiqəsi, əmək kitabçası, hərbi bileti və yalnız, ölkə daxilində etibarlı sayılan digər rəsmi və vahid nümunəli sənədlər dövlət dilində tərtib edilir. 

Yuxarıdakılara əsasən, sovet dövründə verilən əmək kitabçalarınə məhdudiyyət yoxdur. baxmayaraq ki, 16 maddə qeyd olunur ki, dövlət dilində tərtib olunmalıdır. Sadəcə daxilindəki məlumatlar dövlət dilinin əlifbası latın qrafikalı Azərbaycan əlifbası ilə yazılmalıdır. 

Əgər sovet dövründə verilən əmək kitabçası itərsə o halda yeni qanunvericiliyə uyğun əmək kitabçası verilməlidir. 

Bundan əlavə sovet dövründə hərbi bilet almış şəxslərdə yenisi ilə hərbi bileti əvəz etmək məcburiyyətində deyillər. Eləcə də nikah haqqında, doğum haqqında  şəhadətnamə həmçinin. Amma sovet dövründə verilən pasport ona görə əvəz edilir ki, bu qanunvericiliyin tələbidir. 

Müəllif: Rauf Qarayev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264