KADR İŞİ

Bu quruma icraçı direktor təyin edildi – SƏRƏNCAM
12 FEVRAL
349

Bu quruma icraçı direktor təyin edildi – SƏRƏNCAM

2019-02-12 18:39:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliev "R.V.Həsənovun Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru təyin edilməsi haqqında" Sərəncam imzalayıb.

Fins.az xəbər verir ki, Sərəncama əsasən, Rəvan Vaqif oğlu Həsənov Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru təyin edilib.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin edən, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıdan və mövcud multikultural modelləri tədqiq və təşviq edən qeyri-kommersiya qurumu olan hüquqi şəxsdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9295
  • ₽ RUB
    0.0259