KADR İŞİ

Maliyyə Bazarlarına Nəzarət Palatasında yeni təyinat olub
11 FEVRAL
557

Maliyyə Bazarlarına Nəzarət Palatasında yeni təyinat olub

2019-02-11 18:52:00

Maliyyə Bazarlarına Nəzarət Palatasının departamentlərindən birinə yeni idarə rəisi təyin olunub.

Fins.az-ın xəbərinə görə, Tamerlan Rüstəmov Maliyyə Bazarlarının infrastrukturuna nəzarət idarəsinin rəisi təyin edilib. O, bu vəzifəsini 2019-cu ilin ilk ayından icra etməyə başlayıb.

Bildirək ki, T.Rüstəmov 2017-ci ilin yazında adıçəkilən qurumun Ödəniş Sistemlərinə Nəzarət Sektoruna rəhbər kimi Azərbaycan Mərkəzi Bankından gəlib.

Qeyd edək ki, bu idarə, MBNP-dəki Kapital Bazarlarına və digər maliyyə vasitəçilərinə nəzarət departamentinə daxildir.

© Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259