KADR İŞİ

Qadınlarımız dövlət sektorunda işləmək arzusundadırlar
07 FEVRAL
130

Qadınlarımız dövlət sektorunda işləmək arzusundadırlar

2019-02-07 10:30:00

Tədqiqatların analizi də onu göstərir ki, Azərbaycanda qadınlar dövlət sektorunda işləmək arzusundadırlar.

Fiuns.az-ın məlumatına görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Komitə sədrinin sözlərinə görə, texniki, innovativ, neft sənayesi və digər sahələrdə qadınların sayı artmaqdadır.

H.Hüseynova əlavə edib ki, işləyən qadınların 30%-i dövlət, 70%-ə qədəri isə özəl sektorda fəaliyyət göstərir:

"Qadınlar bilik və bacarıqlarına görə kişilərdən geri qalmırlar. Lakin onlar dövlət sektorunda istənilən səviyyədə təmsil olunmayıblar. Bizdə belə bir praktika var. Dövlət qurumları fərqi aradan qaldırmaq məqsədilə yalnız qadınlar üçün işə qəbul imtahanları keçirirlər və beləliklə də, qadınların bu və ya digər sahələrdə təmsilçiliyinin artmasına nail olunur. Məsələn, Dövlət Gömrük Komitəsində 2-ci dəfədir ki, belə bir imtahan keçirilir. Artıq qadınların gömrük xidmətlərində iştirak səviyyəsi 20%-ə qədər yüksəlib. Bundan həm qadınlar və onların ailələri, həm də dövlət orqanları müsbət yararlanırlar. Doğrudur, bu, pozitiv diskriminasiya sayılsa da, biz çalışırıq ki, fərqi aradan qaldıraq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.927
  • ₽ RUB
    0.0259