KADR İŞİ

Xaricdə iş tapmaq üçün fəaliyyət göstərən əlverişli saytlar
11 YANVAR
274

Xaricdə iş tapmaq üçün fəaliyyət göstərən əlverişli saytlar

2019-01-11 11:13:00

1. Monster. Bu sayt xaricdə xüsusilə Amerikada iş axtaranlar üçün nəzərdə tutulub. Sayt artıq 20 ildir ki, fəaliyyətini davam etdirir. Sayt Amerikada iş saytları arasında ilk üçlüyə daxildir. Gün ərzində sayta dəqiqədə 29 cv və 7900-dan çox vakansiya yüklənir. Sayt bir çox baxımdan əlverişli hesab olunur. Beləki, burda işə götürən tərəf bir sıra xüsusiyyətlərə görə filtrlənmə apararaq lazım olan namizədi asanlıqla tapa bilər. Eyni zamanda sayt iş axtarışında olanlar üçün də çox asan üsullarla işə müraciəti təmin edir.

2. Indeed. Sayt çox sadə şəkildə qurulsa da çox funksional hesab oluna bilər, çünki burda da Monster saytında olduğu kimi filtrləmə funksiyası işi asanlaşdıraraq iş axtaranın və işə götürən arasında əlaqə təmin olunur. Bundan əlavə saytda fəaliyyət göstərən qiymətləndirmə sistemi iş yerləri haqda ilkin təəssüratın yaranmasına şərait yaradır. Indeed hal-hazırda 60 ölkədən çoxlu sayda insanın istifadə etdiyi platformalardan biridir.

3. Adzuna. Bu sayt digərlərindən fərqli olaraq indiqator funksiyası daşıyır və 11 ölkəyə aid vakansiyaları özündə əks etdirir. İş axtaranlar maaş, region, tələblər və s. xüsusiyyətlərə görə axtarış həyata keçirə bilərlər. Sayt 2010-cu ildən fəaliyyət göstərsə də dünyada populyarlıq qazanmağı bacarıb.

Əgər ənənəvi iş sizi qane etmirsə, onda Fiveer, Freelancer kimi saytları nəzərdən keçirin. Burda siz saat hesabı yaxud ümumi iş həcminə görə işlər götürüb istənilən yerdən çalışa bilərsiniz.

© Banco.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264