KADR İŞİ

2019 – da necə daha asan iş tapa bilərik?
10 YANVAR
347

2019 – da necə daha asan iş tapa bilərik?

2019-01-10 18:22:00

Biznes platforması olan “LinkedIn” ötən günlərdə “2018 – ci ildə ABŞ da yüksələn işlər hesabatı” – nı yayımlayıb. Bu hesabat, təkcə Amerikada ən çox işə qəbulun həyata keçirildiyi işləri deyil, hazırda bir çox ölkədə ehtiyac duyulan bacarıqları da əhatə edir. Hesabatda seçilən işlər sırasında qrafik dizayn, rəqəmsal media və veb dizayn kimi yaradıcılıq və texnologiya ilə əlaqəli peşələr yer alır.

LinkedIn – in sözügedən hesabatına görə, hazırda iş dünyasında ən çox tələb edilən 10 bacarıq aşağıdakı kimidir:

  1. Verbal ünsiyyət: Auditoriyaya xitab etmə, ünsiyyət qurma və təqdimat bacarıqları
  2. İnsan resursları idarəetməsi: Komanda işi, audit bacarıqları və işçilərə rəhbərlik bacarığı
  3. Proqramlaşdırma: Java, C++ ve Linux
  4. Sosial media: Rəqəmsal media və sosial media analizi bacarığı
  5. İdarəedicilik: İdarəetmə, strateji planlama və iş prosesini təkmilləşdirmə bacarığı
  6. Vaxt idarəçiliyi: Təşkilatçılıq bacarıqları, vaxtın idarə edilməsi və çox tapşırıqlılıq
  7. Liderlik: Komanda liderliyi və komanda qurma bacarığı
  8. Qrafik dizayn: Adobe Photoshop, veb dizayn və illüstrasiya
  9. Data Science (informasiya elmi): Data analizi, proqnozlaşdırma və statistikalar
  10. Veb dizayn: HTML, JavaScript ve CSS

© Banco.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256