KADR İŞİ

Bakı Şəhər İcra Hakimiyyətinin üç vəzifəli əməkdaşı işdən çıxarıldı
27 DEKABR 2018
397

Bakı Şəhər İcra Hakimiyyətinin üç vəzifəli əməkdaşı işdən çıxarıldı

2018-12-27 10:22:00

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Başçısı Aparatının Hüquq şöbəsinin müdiri Sani Nəsibov, Əsаslı tikinti və təmir şöbəsinin müdiri Cüneyit İsmayılov və Kadr məsələləri sektorunun müdiri Gülarə Mürsəliyeva vəzifələrindən azad edilib.

Fins.az Report-a istinadən xəbər verir ki, bununla bağlı şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov müvafiq əmrlər imzalayıb.

İcra hakimiyyətinin Kadr məsələləri sektorunun müdiri vəzifəsinə İlahə Həsənzadə təyin edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9027
  • ₽ RUB
    0.027