KADR İŞİ

Steve Jobs-un söylədiyi son sözlər: “Yığdığım sərvəti özümlə aparmayacam”
24 DEKABR 2018
118

Steve Jobs-un söylədiyi son sözlər: “Yığdığım sərvəti özümlə aparmayacam”

2018-12-24 10:20:00

Steve Jobs, son onilliklər ərzində möhtəşəm insanlardan biri kimi adlandırıla bilər. Milyonlarla insan, onun yaratdığı unikal məhsuldan indi də istifadə edirlər. Bütün sərvətinə baxmayaraq, Jobs, sadə bir insan kimi qalmağı bacarıb.

Bir qədər əvvəl Steve-in xəstəxanada dediyi son sözlər internetdə nəşr olunub və onun bu mesajı, insanın ruhunun ən həssas iplərinə toxunur.

“Biznes dünyasında mən müvəffəqiyyətin ən pik nöqtəsinə çatdım. Çoxları düşünür ki, mənim həyatım müvəffəqiyyətin özüdür.

Amma boynuma almalıyam ki, həyatda işdən başqa sevinc səbəbim o qədərdə çox deyil. Zənginlik sadəcə bir faktdır və mən artıq ona öyrəşmişəm.

Hal-hazırda, mən xəstəxanada yataqda uzanmışam və bütün həyatımı xatırlayıram. Mən indi başa düşdüm ki, həyatım boyu fəxr etdiyim sərvət və şöhrət, yaxınlaşan ölümün qarşısında əvvəlki əhəmiyyətini itirib.

Qaranlıqda həyat dəstəyi aparatının yaşıl işığını görüb mexaniki səs eşitdikdə, ölümün yaxınlaşmasını və Allahın nəfəsini hiss edirəm. İndi, kifayət qədər pulum olandan sonra, həyatda daha vacib olan digər suallar ətrafında düşünməyin vaxtıdır…

Həyatda puldan daha əhəmiyyətli bir şeylər var. Bəlkə də kimsə üçün bu münasibətlərdi, kimsə üçün isə incəsənət və uşaqlıq arzularıdır…

Həyatda qazandığım sərvəti özümlə apara bilmirəm. Apara biləcəyim tək bir şey, sevgi ilə bağlı xatirələrdi. Bu, həqiqi sərvətdir, hansı ki daim sizi müşayiət edib irəliləmək üçün güc verməlidir.

Sevgi nəhəng məsafələri dəf edə bilər. Həyatın sərhədləri yoxdur. Çatmaq istədiyiniz yüksəkliklərə çatın. Ürəyiniz sizi çağırdığı yerə gedin. Bütün bunlar sizin öz əlinizdədir.

Pulunuzdan istifadə edərək sizin ev işlərinizi və ya başqa nələrisə öz üzərinə götürəcək bir çox insan tapa bilərsiniz. Lakin, heç kim sizin xəstəlikləri öz üzərinə götürməz.   

Maddi bir şeyləri biz hər zaman tapa bilərik, qazana bilərik. Yalnız bir şey var ki, onu itirdikdə heç yerdə tapa bilmirsən, oda həyatdır.

Sizin indi hansı yaşda olmağınız və indiyə qədər nə qazandığınız  vacib deyil, gün gələcək və hər kəs üçün pərdələr aşağı salınacaq.

© Banker

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9309
  • ₽ RUB
    0.0256