KADR İŞİ

Dünyada 3 gün tətil, 4 gün iş dövrü başladı
21 DEKABR 2018
1016

Dünyada 3 gün tətil, 4 gün iş dövrü başladı

2018-12-21 11:29:00

Dünyadakı şirkətlər yavaş-yavaş həftədə 4 gün iş rejimi modelinə keçid etməyə başlayır. Aparılan araşdırmalara və sınaqlara görə, bu yeni modelin məhsuldarlığı artırdığı və stressi azaltdığı da müşahidə olunub.

Dörd günlük iş modelini sınaqdan keçirən şirkətlər nəticələrdən məmnundur!

Yeni modelin tətbiqinə başlayan Yeni Zelandiyanın “Perpetual Guardians” şirkəti nəticələrdən olduqca razıdır. 230 işçisi olan şirkətin 2 aylıq bir müddət ərzində dörd günlük iş modelini sınaqdan keçirməsinin nəticəsi isə iş stressinin azalması və şirkətə bağlılıq səviyyəsinin artması olub. Məhsuldarlıq isə dəyişməyib.

Berlində fəaliyyət göstərən kompüter şirkəti olan “Planio” da həftədə dörd gün iş modelinə tamamilə keçən şirkətlərdən biridir. Şirkətin rəhbəri Jan Schulz-Hofen dəyişikliklə bağlı belə deyir:

“Beş gün işlədiyiniz zaman daha çox vaxtınız olduğunu düşünərək işləri ləng görməyə meylli olursunuz. Fasilə verir, çayınızı daha yavaş içir, iş yoldaşlarınız ilə söhbətə başınız qarışır. Əgər cümə gününü istirahət edərək keçirmək istəyirsinizsə, işinizə daha çox diqqət ayırırsınız və daha sürətli, məhsuldar işləyirsiniz.”

İnsanların əksəriyyəti həftədə ən az 40 saat işləyir.

Bu yaxınlarda səkkiz ölkədə 3 min işçi ilə edilən bir araşdırmaya görə, işçilərin təqribən yarısı təxirə salmadıqları təqdirdə, gündə beş saat ərzində bütün işlərini həll edə biləcəklərini söyləyir. Halbuki, çox insan həftədə ən az 40 saat işləyir.

Digər ölkələrdə vəziyyət necədir?

Digər ölkələrdə də yeni iş modeli olduqca rəğbət görür. Məsələn, Yaponiyada dövlət şirkətləri üç gün tətil ilə bağlı təşviq edir. İngiltərədə İşçi Partiyasının da dəstəyini alan İngilis Ticarət İttifaqları Konqresi maaşlarda azalma olmadan şirkətlərin dörd günlük iş modelinə keçməsi mövzusunda təzyiq göstərir.

ABŞ, Britaniya və Almaniya həftədə dörd gün işləməyə başlayan işçilər məsələ ilə bağlı öz fikirlərini belə bildirirlər:

“Beş gün ərzində görə biləcəyim işdən daha çoxunu dörd gündə görə bilirəm.” “Dörd gündə daha sürətlə işləməli olduğumu başa düşdüm və cümə günü istirahətə özümü köklədim.”

© Banco.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264