KADR İŞİ

Milyarder Uorren Baffettdən 12 faydalı məsləhət
20 DEKABR 2018
474

Milyarder Uorren Baffettdən 12 faydalı məsləhət

2018-12-20 11:13:00

Sahibkar, xeyriyyəçi, milyarder və son dərəcə müvəffəqiyyətli sərmayəçi olan Uorren Baffett, dünyanın ən zəngin insanlarından biridir.

Uorren Baffett ilk sərmayə yatırımını 11 yaşında olarkən edib. Artıq 13 yaşında isə o, artıq bir qəzet satıcısı olaraq çalışaraq ilk gəlir hesabatını verib. Hal-hazırda Baffett beynəlxalq Berkshire Hathaway investisiya şirkətinin icraçı direktorudur.

Belə ki, dünyanın ən müvəffəqiyyətli insanlardan biri olan Uorren Baffettin 12 dəyərli məsləhəti.

  1. Adınızı qoruyun.

“Ad qazanmaq üçün bəzən 20 il sərf olunur, onu məhv etmək üçün isə 5 dəqiqə kifayət edir. Bunu daim nəzərinizdə saxlasanız, etdiyiniz işlərə fərqli yanaşmağa başlayacaqsınız”.

  1. Daha yaxşı gələcəyi təmin etmək üçün çalışın.

“Kimsə bir çox əvvəl ağac əkdiyinə görə, indi ağacın kölgəsində oturur”

Nə əkərsən, onu da biçərsən. Əgər siz gələcəkdə həyatınızın daha yaxşı olmasını istəyirsinizsə, bu gün hərəkət etməlisiniz.

Bu gün əlinizdə olan hər bir şey, dünən çəkdiyiniz zəhmətin nəticəsidir.

  1. Bazara dəyərli xidmətləri çıxarın.

“Qiymət ödədiyiniz bir şey olduğu halda, dəyər isə əldə etdiyiniz bir şeydir”.

Hər bir şirkətin dəyəri, onun təqdim etdiyi xidmətlərin bazardakı tələbata uyğun olub-olmamasından asılıdır. Biznes quranda və ya onu inkişaf elətdirəndə, bu prinsipi nəzərə almaq mütləqdir.

  1. Sizdən daha müvəffəqiyyətli olan insanlarla ünsiyyətdə olun.

Vaxtınızı sizdən daha üstün, daha müvəffəqiyyətli olan insanlarla keçirin və yaxın bir zamanda siz özünüz də daha müvəffəqiyyətli olacaqsınız”.

Vaxtınızı kimlərlə keçirdiyiniz haqda düşünün, çünki o insanlar sizin kim olacağınıza təsir göstərir.

  1. Səbir-müvəffəqiyyətə aparan yoldur.

“Sizin nə dərəcədə istedadlı və ya bacarıqlı olduğunuz vacib deyil, sadəcə bəzi şeylər vaxt tələb edir: uşaq eyni anda doqquz qadın hamilə qalsa belə bir aya dünyaya gələ bilməz”.

İstedad və bacarıqlar, sözsüz, vacibdir. Lakin, səbir də insanın həyatında əhəmiyyətli rol oynayır. Müvəffəqiyyətə çatmaq üçün səbirli olmalısınız.

  1. Riskləri qabaqcadan nəzərə alın.

“Risk-nə etdiyini bilməməkdi”

Risk etmək vacibdir, lakin onu düşünülmüş şəkildə etmək lazımdır. Bütün ola biləcək riskləri qabaqcadan nəzərə alın, onda nəyi və nə üçün etdiyinizi yaxşı biləcəksiniz.

  1. Məşğuliyyətinizi sevin.

“Sevdiyiniz işdə çalışın. Sevmədiyiniz bir işdə qalmağı ağılsızlıq kimi qəbul edirəm”.

İşinizi sevin və işiniz sizin üçün iyrənc bir öhdəlik olmadığını düşündüyünüz gündən məmnuniyyət duyacaqsınız.

  1. Rəqiblərinizi tanıyın.

“Biznes dünyasında hər zaman arxanı göstərən güzgü, ön şüşədən daha təmiz olur”.

Rəqibi tanımaq olduqca vacibdir. Müvəffəqiyyətli biznesmenlər rəqiblərin davranışına hər zaman diqqət yetirirlər.

  1. İrəliləyiş üçün kiçik addımlar atın.

“Mən birbaşa 7-ci pilləyə tullanmaq üçün vasitələr axtarmıram, mən 1-ci pilləyə çıxmaq üçün vasitələr axtarıram”.

Heç kim bir gecəyə müvəffəqiyyətli insana çevrilmir. Bu, bir-birinin ardınca davam edən addımlardan ibarət yoldur.

  1. “Yox” deməyi öyrənin.

“Sadəcə müvəffəqiyyətli insanlar ilə həqiqətən müvəffəqiyyətli insanlar arasındakı fərq ondan ibarətdir ki, sonuncular daha tez-tez “yox” deyirlər”.

Vaxtınızı sərf edəcəyiniz işlərin seçilməsində hər zaman diqqətcil olmaq lazımdır. Sizin üçün heç bir əhəmiyyət kəsb etməyən işlərə “yox” deməyi bacarmalısınız, çünki üzərinizdəki yük çox ağır olduğu halda, finişa heç çatmaya bilərsiniz.

  1. Dürüstlük – çox nadir vergidir.

“Dürüstlük çox bahalı bir keyfiyyətdir. Onu ucuz insanlardan gözləməyin”.

Ətrafınızda bütün insanların dürüst olmasını gözləməyin və idarəçiliyi özünüzdən başqa kimsəyə həvalə etməyin. Sizə qarşı dürüst olan insanların isə yanında olun və onlara qayğı göstərin.

  1. Nəzarəti öz əlinizə götürün.

“Siz öz vaxtınıza nəzarət etməlisiniz. Başqa insanlara sizin həyatınızı müəyyən etmək hüququnu vermək olmaz”.

Siz həyatınızın sahibisiniz. Öz həyatınız üzərində nəzarəti başqaların əllərinə verməyin.

© Banker

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8947
  • ₽ RUB
    0.0269