KADR İŞİ

Azərbaycanda vakansiyalar üzrə avtomatlaşdırılmış bank yaradılacaq
19 DEKABR 2018
148

Azərbaycanda vakansiyalar üzrə avtomatlaşdırılmış bank yaradılacaq

2018-12-19 11:15:00

Azərbaycanda vakansiyalar üzrə avtomatlaşdırılmış bank yaradılacaq.

Fins.az-ın məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Azərbaycanda insan kapitalı üzrə forum"da deyib.

Ölkədə əmək bazarının inkişafı və əhalinin məşğulluğunun təmin edilməsini nəzərdə tutan digər tədbirlərə gəlincə, nazir əmək bazarı üzrə Milli Observatoriyanın yaradılmasını qeyd edib:

"Bu qurum əmək bazarında tələb və təklifləri proqnozlaşdırmağa və mövcud əmək resurslarını təhlil etməyə imkan verəcək, yeni iş yerlərinin yarasılmasını stimullaşdıracaq".

S.Babayev qeyd edib ki, insan kapitalına investisiyalar ölkə iqtisadiyyatının davamlı inkişafı üçün əsas şərtdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9309
  • ₽ RUB
    0.0256