KADR İŞİ

Dövlət Gömrük Komitəsindən təyinat xəbəri ilə bağlı – AÇIQLAMA
07 DEKABR
257

Dövlət Gömrük Komitəsindən təyinat xəbəri ilə bağlı – AÇIQLAMA

2018-12-07 16:03:00

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi (DGK) yeni təyinatla bağlı yayılan məlumatlara münasibət bildirib.

Fins.az xəbər verir ki, komitə bu gün bəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsi sədrinin əmri ilə Bakı Baş Gömrük İdarəsinin Abşeron gömrük postuna rəis təyin olunması barəsində yayılan məlumatların əsassız və yalan olduğunu bəyan edir.

DGK bildirir ki, Bakı Baş Gömrük İdarəsinin Abşeron gömrük postuna hər hansı təyinat olmayıb və postun rəisi Şükürov Muxtar Fazil oğludur.

Komitə bir daha media qurumlarını və jurnalistləri DGK, onun əməkdaşları və ya fəaliyyəti barədə məlumat verərkən diqqətli olmağa, dəqiqləşdirilməmiş məlumatları yayımlamaqdan çəkinməyə dəvət edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256