KADR İŞİ

21 yaşlı gəncin QEYRİ-ADİ işə qəbul hekayəsi
07 DEKABR
168

21 yaşlı gəncin QEYRİ-ADİ işə qəbul hekayəsi

2018-12-07 15:36:00

21 yaşlı Deniel Ceykobs, San-Fransiskoya köçərkən maddi vəziyyəti elə də, ürək açan deyildi. Gənc adam, cibində pulunun azlığından və iş dünyasında ona yardım edə biləcək əlaqələrin olmamasından şikayətçi deyildi. Lakin, uğura aparan yolda, dünyanın tanınmış rəhbərlərinin məsləhətlərini öyrənməyi, özü üçün hədəf olaraq müəyyən etmişdir. Tez bir zamanda, “Fortuna 505” siyahısının ən güclü CEO-larının hər birinə məktub yazaraq, onların sadəcə məsləhətlərinə ehtiyacı olduğunu və bunun müqabilində onlara sonsuz təşəkkürlərini bildirdi.

Deniel, bir müddət sonra, ardı-ardına ən tanınmış rəhbərlərdən cavab almağa başladı. Morgan Stanley, NBC, Coca-Cola, İntuit və sairə kimi məhşur şirkət rəhbərlərindən gələn məktublar, gənci xeyli heyrətləndirdi. Elə nüfuzlu və məşğul insanların hansı səbəbdən, onun müraciətinə cavab verməsini bir gün, şirkətlərdən birinin idarə heyətinin iclasına gedərkən, təsadüf nəticəsində öyrəndi. Qeyd edək ki, hal-hazırda Deniel Ceykobs özü Avanao xidmətinin baş direktoru və həmtəsisçisidir.

Denielin, Quora-da yerləşdirilən qeydindən; İclas iştirakçılardan biri, məni məktub sayəsində tanıdığını zarafatla qeyd edir və növbəti dəqiqə sükut içərisində keçir. Otaqda olan hər kəs, mənimlə məhz belə şəkildə tanış olduqlarını dilə gətirib, gülməyə başladılar. Daha sonra isə NBC-nin direktoru dilə gəldi.

- Deniel səninlə hansı səbəbdən görüşdüyümü bilirsən?

Mənim təbii ki, bu barədə heç bir məlumatım yox idi. 

20 illik iş fəalliyyətim ərzində mənə çox sayda müraciətlər ünvanlanıb. Müraciətlərin məqsədləri müxtəlif idi. Amma sən yeganə insan idin ki, yalnız məsləhətə ehtiyac duyduğunu vurğuladın.

Ətrafa baxdım, hər kəs təsdiq əlaməti olaraq, başlarını yelləyirdi.  Məhz həmin gün, özümçün həyatda növbəti bir vacib həqiqəti kəşf etdim.

© Banco.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256