KADR İŞİ

Sumqayıt Səhiyyə Şöbəsinin müdiri işdən azad edilib
29 NOYABR
257

Sumqayıt Səhiyyə Şöbəsinin müdiri işdən azad edilib

2018-11-29 11:33:00
Sumqayıt şəhər Səhiyyə Şöbəsinin müdiri Nəriman Sadıq oğlu Baxşəliyev tutduğu vəzifədən azad edilib.

Fins.az məlumatına görə, o, öz ərizəsi ilə vəzifəsindən getmək istəyib.

Məsələyə münasibət bildirən Nəriman Baxşəliyev faktı təsdiqləyib:

“İşdən azad olunanda nə olar ki? Mən də adi adamam. Belə bir məlumat deyiblər. Amma hələ işdəyəm”.

Xatırladaq ki, Nəriman Baxşəliyev ötən ilin fevral ayından etibarən Sumqayıt şəhər Səhiyyə Şöbəsinin müdiri vəzifəsinə təyinat almışdı.

Hazırda müdir vəzifəsinə təyinat olmayıb.

Eləcə də bax: Naxçıvan Gömrük Komitəsinin sədri işdən çıxarılıb

©Oxu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255