KADR İŞİ

Təhsil nazirinin yeni müavinin uğurlu karyerası - DOSYE
16 NOYABR
525

Təhsil nazirinin yeni müavinin uğurlu karyerası - DOSYE

2018-11-16 10:58:00

Təhsil naziri Ceyhun Bayramova yeni müavini təyin olunub.

Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla artıq bu vəzifəni İdris İsayev icra edəcək.

Qeyd edək ki, Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad olunan İdris İsayev Prezident İlham Əliyevin imzaladığı digər sərəncamla  təhsil nazirinin müavini təyin olunub.

Eləcə də bax:Məktəblərdə payız tətili başlayır

Yeni müavinin təyinataqədərki fəaliyyəti, təhsili ilə bağlı məlumatları təqdim edir:

İdris İsayev 22 oktyabr 1970-ci ildə anadan olub. 1987-1992-ci indiki Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb. Universitetin maliyyə və kredit fakültəsinin əyani şöbəsini fərqlənmə diplomu ilə bitirib.

1992-1993-cü illərdə “İnkişaf” Səhmdar Kommersiya bankında iqtisadçı-mühasib vəzifəsində çalışıb.

1993-2005-ci illərdə isə Maliyyə Nazirliyində iqtisadçı vəzifəsindən başlayaraq şöbə müdirinin müavini vəzifəsinədək müxtəlif işlərdə çalışıb.

2005-ci ildən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Aparatının Maliyyə-büdcə şöbəsinin müdiri vəzifəsini icra edib. Sonradan Dövlət Sosial Müdafiə Fondu Kollegiyasının üzvü təyin olunub. 2014-cü ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi təyin edilib.

İqtisadi sahədə bir sıra qanunvericilik aktları layihələrinin hazırlanması, dövlət büdcəsinin gəlirlərinin proqnozlaşdırılması, sığorta-pensiya sistemində islahatların həyata keçirilməsi və bu sistemin maliyyə dayanıqlığının təmin olunmasında önəmli rolu olub.

Prezident İlham Əliyevin 5 oktyabr 2007-ci il tarixli sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyəti nəzərə alınaraq “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Rus və ingilis dillərini bilir. Ailəlidir, 3 övladı var.

©Azedu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256