KADR İŞİ

Bu teatra TƏYİNAT oldu
07 NOYABR
143

Bu teatra TƏYİNAT oldu

2018-11-07 09:56:00

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına baş dirijor təyin olunub. Modern.az saytının məlumatına görə, Azərbaycanın əməkdar artisti Əyyub Quliyev Opera və Balet Teatrına baş dirijor və musiqi rəhbəri təyin edilib. Bu barədə Əyyub Quliyevin özü bildirib

"Bu təyinat mənim yaradıcılığımda yeni səhifə açdı" deyən tanınmış dirijor ona göstərilən etimadı doğruldacağını vurğulayıb

Əyyub Quliyev Azərbaycanın xalq artisti, məşhur tarzən Ramiz Quliyevin oğludur

Bu təyinatadək Əyyuib Quliyev Opera və Balet Teatrının dirijoru idi. O, həm də Bakı Musiqi Akademiyasının Xor dirijorluğu kafedrasının baş müəllimi, Vasili Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının baş dirijorudur (2013-cü ildən).
34 yaşlı Ə.Quliyev 2005-ci ildə Bakı Musiqi Akademiyasının dirijorluq fakültəsini fərqlənmə ilə bitirib.

2005-2007-ci illərdə Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyasının aspiranturasında opera-simfonik dirijorluğu ixtisası üzrə professor A.İ. Polişukun sinfində təhsil alıb. 2008-ci ildə Vyana Dövlət Musiqi və İncə Sənətlər Universitetində professor Mark Stringerin sinfində təkmilləşmə kurslarında iştirak edərək təhsilini davam etdirib. 

O, beynəlxalq müsabiqələr laureatıdır.

30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə və 9 may 2018-ci ildə Prezident Mükafatına layiq görülüb. 9 mart 2017-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258