KADR İŞİ

Statistika Şurasında Vergilər Nazirliyinin nümayəndəsi dəyişdi
07 NOYABR
96

Statistika Şurasında Vergilər Nazirliyinin nümayəndəsi dəyişdi

2018-11-07 09:10:00

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi (DSK) yanında Statistika Şurasının tərkibində dəyişiklik edilib.

Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən, Vergilər Nazirliyinin Vergi Risklərinin Təhlili və Nəzarəti Departamentinin baş direktorunun müavini Cəbrayıl Fərid Zəbiyulla oğlu DSK yanında Statistika Şurasının üzvləri sırasından xaric edilib, eyni zamanda həmin nazirliyin İqtisadi təhlil və ekspertiza departamentinin baş direktorunun müavini Rəhimli Elşən Moqif oğlu Şura üzvlüyünə qəbul edilib.

Bundan əvvəl Dövlət Statistika Komitəsinin kollegiyasının tərkibində dəyişiklik edilib.

Digər bir dəyişikliyə görə, DSK-nın Elmi-Tədqiqat və Statistik İnnovasiyalar Mərkəzinin sabiq direktoru Məmmədov Xəqani Telman oğlu Kollegiyanın üzvləri siyahısından xaric edilib, onu Mərkəzin hazırkı direktoru Nuriyev Mübariz Əsgər oğlu əvəz edib.`

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258