KADR İŞİ

Nazir 34 yaşlı gənci idarə rəisi təyin etdi
06 NOYABR
190

Nazir 34 yaşlı gənci idarə rəisi təyin etdi

2018-11-06 12:17:00

Mədəniyyət naziri Əbülfəs Qarayevin əmri ilə Cəlil Məlikov Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Nazirlikdən verilən məlumata görə, noyabrın 5-də Beynəlxalq Muğam Mərkəzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin yeni rəisi kollektivə təqdim olunub.

Eləcə də bax:100-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb

Ə. Qarayev çıxış edərək bildirib ki, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi işləmiş Vüqar Zeynalov prezidentin sərəncamı ilə Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Qeyd edək ki, Cəlil Bəhram oğlu Məlikov 1984-cü ildə Bakı şəhərində anadan olub. 2004-cü ildə Bakı Dövlət Universitetini bitirib. 2007-ci ildən Mədəniyyət və Turizm Nazirliyində, daha sonra Mədəniyyət Nazirliyində müxtəlif vəzifələrdə işləyib. Son təyinata qədər mədəniyyət nazirinin köməkçisi vəzifəsində çalışıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258