KADR İŞİ

Xəzər Dəniz Gəmiçiliyində kadr dəyişiklikləri
05 NOYABR
154

Xəzər Dəniz Gəmiçiliyində kadr dəyişiklikləri

2018-11-05 14:30:00

Son günlər bəzi saytlarda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (AXDG) ilə bağlı dezinformasiyalar yayılmaqdadır.

Fins.az xəbər verir ki, bu barədə Gəmiçiliyin açıqlamasında bildirilir.

Məlumatda deyilir ki, qurumun Təchizat Departamentində aparılan kadr dəyişikliyini əksər saytlar yanlış tərəfə istiqamətləndirir: 

“Bildirmək istəyirik ki, yayılan xəbərlər həqiqəti əks etdirmir. Şirkətdə işin səmərəliliyini daha da artırmaq üçün kadr dəyişikliyi aparılıb. Zakir ƏliyevTəchizat departamentinin rəisi vəzifəsinə təyin olunub. Departamentin əvvəlki rəisi Elman Qasımov və onun müavini Vüqar Allahverdiyev isə bundan sonra fəaliyyətlərini Layihələrin idarə edilməsi Departamentində davam etdirəcəklər.

Saytlarda AXDG-nin sədr müavini Cəbrayıl Mahmudlunun səlahiyyətlərinin əlindən alınması ilə bağlı yayılan məlumatlar da həqiqətləri əks etdirmir. O, hazırda öz vəzifəsini icra etməkdədir.

Gəmiçilik olaraq jurnalistlərə yoxlanılmamış və əsassız məlumatları tirajlamamağa çağırırıq”.

 Eləcə də bax:Səbail Rayon İcra Hakimiyyətinin yeni başçısının DOSYESİ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258