KADR İŞİ

Ramil Usubovdan TƏYİNAT
24 OKTYABR
446

Ramil Usubovdan TƏYİNAT

2018-10-24 12:43:00
Daxili İşlər naziri Ramil Usubov polis rəisinin yerini dəyişib.Fins.az unikal.org-a istinadla xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən Rahib Mirzəyev Nəsimi rayon Polis İdarəsinin 20-ci bölməsinin rəisi təyin edilib. Xəbəri Nəsimi rayon Polis İdarəsindən Unikal.org-a təsdiqləyiblər.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyevin qardaşı olan Rahib Mirzəyev bu əmrə qədər Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin rəisi olub.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258