KADR İŞİ

Azərbaycan Yazıçılar Birliyində SƏDR TƏYİNATI
08 OKTYABR
2799

Azərbaycan Yazıçılar Birliyində SƏDR TƏYİNATI

2018-10-08 13:59:00

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Moskva bölməsinə yeni sədr təyin olunub.

Fins.az Modern.az-ın məlumatına görə xəbər verir ki, AYB-nin Moskva bölməsinin yeni sədri  Abuzər Bağırovdur.

Abuzər Bağırov 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. O 1954-cü il dekabrın 17-də Azərbaycanın Gədəbəy rayonunun Rüstəm Əliyev kəndində (indiki Miskinli) anadan olub. Burada kənd orta məktəbini bitirib. (1971). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirib. (1971-1975). Əmək fəaliyyətinə təyinatla göndərildiyi Puşkin rayonunda (indiki Biləsuvar rayonu) Ş.Qurbanov adına 2 saylı orta məktəbdə müəllim kimi başlayıb. (1975-1976). Sovet ordusunda xidmət edib. (1976-1977). Tərxis olunandan sonra Bakı şəhəri Qaradağ rayonunun Səngəçal-qəsəbə orta məktəbində dil və ədəbiyyat müəllimi olub. (1977-1978).

Eləcə də bax:Rövşən Rzayevin yeni vəzifəsi təsdiqləndi

SSRİ Ədəbiyyat Fondunun Azərbaycan şöbəsində müxtəlif vəzifələrdə (Natəvan adına Yazıçılar klubunun müdiri, Şüvəlandakı Səməd Vurğun adına Yazıçıların yaradıcılıq evinin direktoru) işləyib. (1978-1980). Sonra Moskvada Peredelkino SSRİ ədəbiyyat fondunda təminat şöbəsində rəis müavini olub.(1981-1988).

Hazırda Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində ştatdankənar müxbir vəzifəsində çalışır (1988-ci ildən). Bədii yaradıcılığa 70-ci illərin axırlarından başlayıb. Onun tərcümələri, ədəbi tənqidi məqalələri dövri mətbuatda müntəzəm çap edilir.

Qeyd edək ki, Abuzər Bağırova qədər  Azərbaycan Yazıçılar Birliyinin (AYB) Moskva bölməsinin sədri  R.Rza və Y.Dolqoruki adına beynəlxalq mükafatlar laureatı Nəsib Nəbioğlu olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255