KADR İŞİ

7 məhkəmə sədrinin səlahiyyətinə xitam verilib
04 OKTYABR
556

7 məhkəmə sədrinin səlahiyyətinə xitam verilib

2018-10-04 11:56:00

Təkcə ötən il qiymətləndirmə nəticəsində 20 hakim, o cümlədən 7 məhkəmə sədrinin səlahiyyətinə xitam verilib, 6 məhkəmə sədri və apellyasiya məhkəməsinin 8 hakimi aşağı işə keçirilib.

Fins.az  xəbər verir ki, bu barədə ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Şirvan Apellyasiya Məhkəməsinin və onun yurisdiksiyasına daxil olan bölgənin birinci instansiya məhkəmələri sədrlərinin və hakimlərinin iştirakı ilə geniş zona müşavirəsi zamanı deyib.

Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının aidiyyəti məsul işçilərinin də iştirak etdiyi müşavirədə məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlər, bu sahədə yol verilən nöqsanlar və qarşıda duran vəzifələr müzakirə olunub.

Qeyd olunub ki, ötən dövrdə kobud qanun pozuntularına, korrupsiya hüquqpozmalarına və vətəndaşların haqlı narazılığını doğuran digər nöqsanlara yol verən hakimlər barəsində Məhkəmə-Hüquq Şurasının qərarları ilə ciddi intizam tədbirləri görülüb.

Müşavirədə hakimlər tərəfindən bəzi hallarda süründürməçilik, işlərin hərəkətsiz saxlanılması, tərəflərin bərabərliyi və çəkişmə prinsipinin real təmin olunmaması, Hakimlərin Etik Davranış Kodeksinin tələblərinə etinasız yanaşılaraq vətəndaşlarla kobud rəftara yol verilməsi qeyd olunaraq belə halların insanların haqlı narazılığına səbəb olduğu bildirilib.

Eləcə də bax:İcazəsiz balıq ovlayan şəxs saxlanılıb

Bununla bağlı məhkəmə hakimiyyətində mənəvi cəhətdən saf hakimlərin təmsil olunmasının zəruriliyi vurğulanıb, hakimlərin fəaliyyətinin prinsipial qiymətləndirilərək hakim adına və nüfuzuna xələl gətirən şəxslərin məhkəmə sistemindən kənarlaşdırılması, eləcə də hakim korpusunun yeni nəsil hüquqşünaslarla komplektləşdirilməsi üzrə işlərin davam etdirildiyi qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256