KADR İŞİ

Əbülfəs Qarayevdən yeni direktor - Təyinatı
02 OKTYABR
254

Əbülfəs Qarayevdən yeni direktor - Təyinatı

2018-10-02 11:42:00

Qobustan Milli Tarixi-Bədii Qoruğuna yeni direktor təyinatı olub. 

Fins.az  xəbər verir ki, oktyabrın 1-də yeni direktor Vüqar İsayev qoruğun kollektivinə təqdim edilib.

Təqdimat mərasimində çıxış edən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov bildirib ki, mədəniyyət naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə İsayev Vüqar Ürfət oğlu Qobustan Milli Tarixi-Bədii Qoruğunda direktor təyin olunub.

Qeyd olunub ki, bundan əvvəl də Mədəniyyət Nazirliyi sistemində çalışan V.İsayev Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Mədəni irsin qorunması üzrə nəzarət şöbəsinin Abidələrin qorunması və texniki nəzarət sektorunun müdiri vəzifəsində işləyib.

Mədəniyyət nazirinin müavini Rafiq Bayramov çıxışı zamanı bildirib ki, həyata keçirilən islahatlar nəticəsində nazirliyin tabeliyində olan qoruqlar Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyinə verilib.

 eləcə də bax:Dövlət qulluğuna qəbulla bağlı müsahibə elan edilir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256