KADR İŞİ

“PwC Azərbaycan”ın rəhbərliyinə təyinat
01 OKTYABR
229

“PwC Azərbaycan”ın rəhbərliyinə təyinat

2018-10-01 10:28:00

“PwC Azərbaycan” yeni “Assurance” Direktoru təyin edib.

Fins.az Banker.az-a istinadən xəbər verir ki, Mədinə Ömərova “PwC Azərbaycan” şirkətinin yeni “Assurance” Direktoru olub.

M. Ömərova son 12 ildə “PwC Azərbaycan” şirkətində çalışıb. O, Neft və Qaz, PSA və Beynəlxalq Maliyyə Hesabatı Standartları ilə bağlı ətraflı biliklərə malikdir. Maliyyə, energetika, telekommunikasiya və istehsal sahələrində audit və məsləhət layihələri ilə məşğul olmuşdur.

Fəxri Mustafayev isə “PwC Azərbaycan”da “Assurance Partner” vəzifəsinə təyin olunub.

F. Mustafayev 2004-cü ildə “PwC Azerbaycan”a qoşulub. Telekom sənayesi, Neft və Qaz, PSA və yerli mühasibat uçotu və vergi qaydaları, Beynəlxalq Maliyyə Hesabatı Standartları və ABŞ GAAP ilə bağlı ətraflı biliklərə çalikdir. O, enerji, pərakəndə satış, telekommunikasiya, donor maliyyələşdirdiyi layihələr və istehsalat daxil olmaqla müxtəlif sahələrdə fəaliyyət göstərən şirkətlərin auditoriyalarında iştirak edir.

 Eləcə də bax: http://fins.az/kadr_isi/957693/menzil-insaati-dovlet-agentliyinde-yeni-tayinat.html

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259