KADR İŞİ

Azərbaycanda yeni İnstitut yaradıldı
28 SENTYABR
252

Azərbaycanda yeni İnstitut yaradıldı

2018-09-28 11:51:00

Azərbaycanda yeni Elmi-Tədqiqat Layihə İnstitut yaradıldı. Bu qurum Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tabeçiliyində fəaliyyət göstərəcək.

 Fins.az-a AAYDA-nin məlumatına əsasən xəbər verir ki, Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib ki, həmin institutun tərkibində tədris kombinatları yaradılıb: “Biz bölgələrdən işə götürülən sürücü və digər işçiləri institutda təşkil olunan kurslara cəlb edirik. Bölgələrdən gələn həmin şəxsləri biz burda yataqxana ilə də təmin edirik. Kursdan sonra həmin işçilər mütəxəssislərimiz tərəfindən yoxlanılır. Əgər onların işi bizi qane etməsə, yenidən kurslara göndəririk. Yəni yoldan anlayışı olmayan insanları işə cəlb etmirik”.

Qurum rəhbəri bildirib ki, Dövlət Agentliyində işə qəbulda əsasən gənclərə üstünlük verilir:

“Agentliyin 14 min işçisi var ki, onlardan 25-30 faizini gənclər təşkil edir”. 

Eləcə də bax: http://fins.az/kadr_isi/957630/nazir-institut-direktorunu-isden-uzaqlasdirdi.html

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259