KADR İŞİ

Uğura gedən yol – uğurlu karyera üçün nələr etmək lazımdır?
14 SENTYABR
282

Uğura gedən yol – uğurlu karyera üçün nələr etmək lazımdır?

2018-09-14 12:38:00

Həyatda hər kəs müəyyən bir mövqeyə çatmaq istəyir və hər kəsin özünəməxsus arzusu, məqsədi olur. Kimisi müəllim, həkim, kimisi rəssam, hüquqşünas və s.olmaq istəyir. Fərqi yoxdur, hansı peşəyə yiyələnmək istəyirsən, önəmli olan seçdiyin peşəyə çatmaq üçün onun uğrunda sağlam mübarizə aparmaqdır. Biz, bizə verilən həyatı yaxşı dəyərləndirib, yaxşı işlər görmək üçün çalışmalıyıq. Çünki yaxşı mənada, BİZ QAZANMAQ ÜÇÜN BURDAYIQ.

Uğurlu karyera qurmaq istəyiriksə, aşağıdakı sualları öz–özümüzə verməliyik.

1. Gələcəkdə nə etmək istəyirsən?

Karyera qurmaq və uğurla addımlamaq üçün uşaqlıqdan əlinizdən gələni etməyə başlayın və qarşınıza müəyyən hədəflər qoyun. Seçdiyiniz hədəfləri də həmişə sizi məqsədinizə çatdırması üçün gerçəkləşdirməyə çalışın. Yəni etmək istədiyiniz şeyə.

2. Güclü və zəif tərəfləriniz nələrdir?

Özümüzü tanımaq və öz gücümüzə əmin olmaq üçün bu sualı aydınlaşdırmaq bizim üçün vacibdir. Limitlərinizi yaxşı-yaxşı öyrənin. Ancaq bu məlumatı özünüzü məhdudlaşdırmaq üçün yox, daha da təkmilləşdirmək üçün istifadə edin. Edə bilmədiyiniz bir şey varsa, qaçmayın, üstünə gedin. Əgər bu hamıdan daha yaxşısını etməli olduğunuz bir şey deyilsə, onda öz üsullarınızı tapa bilərsiniz. Görəcəksiniz ki, insanın özünü təkmilləşdirməsi üçün qarşısındakı tək maneə beynindən gələn siqnallardır. “Sən bacara bilməzsən!”, “Xaricdə təhsil hara, sən hara”, “Bu sevdadan əl çək!”…və s. kimi ifadələrin  heç birinə inanmayın!

    1.  Xəyallarınızı gerçəkləşdirmək üçün doğru yoldasınızmı?

Harda yaşadığınız, kimlərlə tanış olduğunuz və özünüzü haralarda göstərdiyiniz çox vacibdir. Xəyalını qurduğunuz yaşamı sizə hara təmin edəcəksə, oranı araşdırın, tapın və ora gedib, özünüzü sübut edin. Eyni şey karyeranız üçün də aktualdır. Istədiyiniz iş üçün ən yaxşı imkanlar hansılardısa, ya da siz özünüzü o işi edərək, harda daha rahat hiss edəcəksinizsə ora gedin.

3. Vaxtınız nə qədərdir?

Bundan 1, 5 və 10 il sonra özünüzü harda görürsünüz? Klassik sual olsa da, buna verəcəyiniz cavab sizin hədəflərinizlə aranızda olan məsafəni nə qədər qət etdiyinizi, ya da edə bilmədiyinizi, vaxtı gələndə göstərəcək. Çalışın, vaxtınızı düzgün tənzimləyin ki, zaman sizin əleyhinizə işləməsin!

4. Qarşınızdakı maneələr nələrdir?

Əgər karyera çətin bir marafondursa, deməli, qarşınıza maneələrin çıxması qaçılmazdır. Büdrəyib yıxılmağınız da… ən yaxşı formada hazırlandığınızı fərz etsəniz də, qarşınıza sizi yolunuzdan döndərəcək şeylər də çıxacaqdır. Ola bilsin bir insan və ya sizin edə bilmədiyiniz bir mövzuda həll etməli olduğunuz bir məsələ olaraq, təzahür edə bilər. Onda siz nə etməlisiniz? Təlaşlanmayın. Unutmayın ki, karyera və panika bir arada ola bilməz. Sakit olmağınız və həlli yollarına doğru addımlar atmağınız lazımdır. Bu məsələdə sizə ən uyğun  variant əvvəlcə bir karyera analizi etməyinizdir.  Mütəxəssisə də ehtiyacınız yoxdur, (əgər varsa, deməli siz karyeranızı qura bilmirsiniz) Əlinizə bir kağız, qələm götürün və yazmağa başlayın. Bugünə qədər nələr etdiniz və etdikləriniz sizə nələr verdi? Ayrı bir kağıza isə, nələr edəcəksiniz və onlar sizə nələr verəcək, onları yazın.

5. Indi etməli olduğunuz, lakin etmədiyiniz şey nədir?

Bəzən eynilikdən bezirik. Hər gün eyni işlər, eyni insanlarla oturub-durmaq, bizləri yorur. Hər ay eyni işləri görürsünüz. Bəzən isə işlərimizi ləngidirik. “Bu günün işini sabaha saxlamaqla” biz karyeramızda uğur qazanmaq anlayışını sual altında qoyuruq

6. Özünüzü xoşbəxt sayırsınızmı?

İşinizi həqiqətən sevirsinizmi? Əgər sevmirsinizsə, onda siz karyera üçün yox, sadəcə pul qazanmaq xətrinə orda işləyirsiniz. Ancaq karyeranızı sevdiyiniz işdə qurursunuzsa, deməli nəticələr sizi xoşbəxt edəcəkdir. Güclə və könülsüz getdiyiniz iş varsa, özünüzə işgəncə verməyin

7. Cəsarətlisinizmi?

Həqiqətən, yeniliklər edə biləcək, özünüzü dəyişdirə və təkmilləşdirə biləcək, və ya bəzi alışqanlıqlarınızdan bir göz qırpımında əl çəkəcək qədər cəsursunuzmu? Əgər həqiqətən özünüzü cəsarətli hesab edirsinizsə, deməli, uğur sizinlədir, yolunuza davam edin.

Uğur qazanmaq istəyib də, hardan və ya nədən başlamalı olduğunuzu bilmirsinizsə, uğur qazanmış insanların fikir və məsləhətlərindən yararlana bilərsiniz.

İstək + inam + iradə + nəticə. İstəyin, özünüzə inanın, iradəli, cəsur olun və istədiyiniz nəticəni əldə edin.

© Telebe.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258