KADR İŞİ

Bu ölkə 4 günlük iş qrafikinə keçməyə hazırlaşır
11 SENTYABR
184

Bu ölkə 4 günlük iş qrafikinə keçməyə hazırlaşır

2018-09-11 11:04:00

İngiltərənin Həmkarlar Konqresi texnologiyanın inkişaf etdiyi müasir dövrdə işçilərin 4 günlük iş qrafikinə keçməsi və yenə eyni maaşı alması üçün hərəkətə keçib.

Fins.az xəbər verir ki, Konqres iş sahiblərinin yeni texnologiyalar sayəsində əldə etdikləri gəlirləri işçilərlə paylaşması haqqında qərar çıxararsa, o zaman 4 günlük iş qrafikinə keçiləcək.

Belə ki, yeni texnologiyalar sayəsində işçilərin iş yükü azaldığı üçün 5 gün iş olması vacib hesab edilmir.

Məlumat üçün bildirək ki, növbəti 10 il ərzində süni intellekt, robot texnologiyası və avtomatik qurğuların Böyük Britaniya iqtisadiyyatına 200 milyard funt-sterlinq qazandırması gözlənilir.

Qeyd edək ki, hazırda Uelsin paytaxtı Kardifdə fəaliyyət göstərən “IndyCube” adlı şirkət 4 günlük qrafiklə çalışır, lakin işçilərə əvvəlki maaşı verir.

Hazırda “IndyCube” nümunəsini də nəzərə alan Həmkarlar Konqresi bu addımın bütün Britaniya ərazisində tətbiq olunmasına çalışır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253