KADR İŞİ

Müştəriləri qazanmağın 5 qısa yolu
06 SENTYABR
250

Müştəriləri qazanmağın 5 qısa yolu

2018-09-06 11:53:00

Biznesə başladığınızda məqsəd davamlı artan gəlirlərin təmin olunmasıdır. Başlayarkən müştərilərinizin kimlər olacağını siz müəyyən edirsiniz. Biznesiniz böyüdükcə bir şeyi anlayırsınız: “Bütün müştərilər xidmət göstərməyə dəyməz”

Bütün müştərilər gəlir mənbəyi deyil. Bəzi müştərilər geri çəkir işlərinizi. Şikayətçi, davamlı verdiyi puldan daha artığını istəyən müştərilər həmin qrupa aiddir. Siz onlara ən mükəmməl məhsulu belə versəniz, onlar yenə də şikayətlənirlər. Belə müştərilərlə əlaqələrin kəsilməsi və ya həmin müştərilərin ikinci plana atılması lazımdır. Xeyr, müştərilər hər zaman haqlı deyil. Düzgün müştəri zənciri qurulmadığı halda, gəlirli və potensial gəlirli müştəriləri itirəcəksiniz. Əgər düzgün müştəriləri tapmaq istəyirsinizsə, aşağıdakı 5 addım sizə istədiyinizi əldə etməyə kömək edəcək.

1. Online və Offline şirkətiniz haqqında geniş informasiya bazanız olsun.

Gəlirli müştərilər qısa və konkret olan informasiyaya əsaslanır. Lazım deyil ki, uzun bloglarınız olsun. Müştərilərə istədiyini verəcəyinizi konkret şəkildə çatdırmalısınız. Bütün müştərilər hekayələri sevir. Amma hekayələrin reallıqlarla əlaqəsi qırıldıqda, müştəri zənciriniz də qırılacaq. Yəni, danışdığınız hekayənin altını doldurun.

2. Gördüyünüz işləri sübut edən pulsuz resurslar paylaşın.

Pulsuz məqalələr, videolar, podkastlar, tədbirlər haqqında sosial mediada aktiv olun. Bu sizə peşəkar görüntü qazandıracaq. Ekspert olaraq tanınacaqsınız ətrafda.

3. Məhsul və servislərinizi düzgün qiymət strategiyasında təyin edin.

Düzgün bazar araşdırması bazarda məhsulun qiymətini düzgün təyin etmənizə yardım edəcək. Fərdi qərarlardan çox araşdırma və statistic analizlərə əsaslanan qiymət strategiyası ölçüləbilən olduğu üçün sizə daha çox nəzarət imkanı qazandıracaq. Rəqibləriniz özləri bilər hansı qiymətlə çalışır. Siz müstəqil olun, gördüyünüz işin haqqını alın. İşinizin keyfiyyəti müştəriləri ayağınıza gətirsin.

4. Vaxtaşırı gördüyünüz işləri video-testlərlə insanlara göstərin.

Özünüzü test etməniz müştərilərdə güvən yaradacaq. Yazılı kontentlər videolardan daha az effektivdir. İnsanları bir yolla gördüyünüz işin keyfiyyətinə inandırmalısınız və araşdırmalar video-testlərin effektiv olduğunu göstərir.

5. Şirkətinizdə satışları həyata keçirəcək ekspertlər olsun.

Hər işi peşəkarına buraxmalısınız. Satış mütəxəsisləri şirkətin olmazsa olmazlarındandır. Kimə nəyi satdığınız çox vacibdir. Əgər məhsulun keyfiyyətli olmasını istəyirsinizsə, işi görənlərin keyfiyyətli olduğuna əmin olmalısınız. Çünki bir şirkətin çalışanları şirkətin məhsullarından daha vacibdir. Dəyər halqasının ətrafına toplayın çalışanları və müştəriləri birlikdə qazanın.

© Banco.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9245
  • ₽ RUB
    0.0252