KADR İŞİ

Kassir kassadakı çatışmamazlıq üzə çıxmasın deyə 7 il məzuniyyətə çıxmayıb
06 SENTYABR
2291

Kassir kassadakı çatışmamazlıq üzə çıxmasın deyə 7 il məzuniyyətə çıxmayıb

2018-09-06 10:17:00

Solneknıy rayon məhkəməsi Solneknıy bələdiyyəsinin rayonlarının birində bank filialının keçmiş rəhbəri ilə bağlı cinayət işi üzrə qərar çıxarıb. Bank işçisi , Rusiya Federasiyası Baş Prokurorluğunun veb saytında yerləşdirilən məlumata görə, çox böyük miqdarda ona əmanət edilən əmlakın mənimsənilməsində günahını etiraf edib

Məhkəmə 2011-ci ilin yanvar ayından 2017-ci ilin dekabr ayına qədər filialın rəhbəri tərəfindən banka əmanət edən əmanətçilərin hesabından pul oğurladığını aşkar edib. Bu çatışmamazlığı gizlətmək üçün o, xərc sənədlərində qeyri-dəqiq məlumatlar verib və əmanətçilərin hesablarında pul çatışmazlığını müəyyən edə bilən başqa bir işçi ilə əvəzlənməsin deyə yeddi il məzuniyyət götürməyib. Bu dövr ərzində, təqsirləndirilən şəxs bank müştərilərilərinin hesablarından 15 milyondan çox rubl oğurlayıb.

Oğurlanmış vəsaitləri o,  öz ehtiyacları üçün sərf edirmiş: avtomobil və mənzilləri təmir edib, pəncərələri dəyişdirib və bəzi pulları kəndlilərə borc verib, hüquq mühafizə orqanları deyirlər.

Məhkəmə, bank şöbəsinin keçmiş başçısını 50 min rubl cərimə edərək 4 il 3 ay həbs cəzasına məhkum edib. Məhkəmənin hökmü tərəflər tərəfindən şikayət edilmir, lakin hazırda hüquqi qüvvəyə minməyib.

© Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253