KADR İŞİ

Hansı hobbiləri biznesə çevirmək olar?
05 SENTYABR
143

Hansı hobbiləri biznesə çevirmək olar?

2018-09-05 14:57:00

Hər bir insanın maraqlarına uyğun hobbilər vardır. Bir çox hallarda insanlar hobbiləri ilə əylənərkən bunun onlara verəcəyi əlavə gəliri gözdən qaçırır. Bu yazıda sizə məşğul olmağı sevdiyiniz hobbilərinizi necə gəlirə çevirmək haqda danışacağıq.

Musiqi aləti çalmaq. Əgər musiqi çalmaq sizə rahatlıq bəxş edirsə, onda bu iş tam sizlikdi. Küçə musiqisi. Küçə musiqisi ölkəmizdə yeni dirçəlməyə başladığı üçün yaxşı olardı ki, bu yolla pul qazanmaq haqda düşünəsiniz. Düzdür qazanacağınız pullar çox böyük olmasa da verəcəyi zövq, insanların sizi dinləmək üçün ayaq saxlaması sizə ayrı stimul verəcək. Bilmək olmaz bəlkə elə ilk karyeranız Fransız müğənni Edith Piaf kimi küçədə mahnı ifa edərkən başlayıb, sonra da milyonların ürəyini fəth etməklə davam edəcək. Əgər maraqlıdırsa, bir nümunə kimi “The begining” mahnısının ifaçısı Ryan Arcandı da misal göstərmək olar.

Bundan başqa əgər yaxşı foto çəkmək qabiliyyətiniz və həvəsiniz varsa, bunu hobbi olmaqdan çıxarıb daha irəli formaya apara bilərsiniz. Bir çoxları fotoqraflığı ələ kamera alıb çəkmək kimi anlasa da əslində istər həvəskar, istərsə də professional fotoqraflar bunun heç də belə olmadığını yaxşı bilirlər. Əgər bu sahəyə marağınız varsa, tövsiyyə edərdik ki, fotolarınız müxtəlif mövzuları əhatə etsin. Buna yemək, qida, geyim, abstrakt, model, təbiət və s. aid ola bilər. Unutmayın ki, portfolionuz nə qədər çeşidli olsa, yeni iş imkanlarınız bir o qədər əyləncəli və sıxıcı olmayacaq.

Hobbi baxımdan xanımlar daha rəngarəngdir desək yəqin ki, yanılmarıq. Məsələn, əgər yaxşı tikiş yaxud toxuculuq qabiliyyətiniz varsa, tövsiyə edərdik ki, bunu dəyərləndirin. Tikdiyiniz yaxud toxuduğunuz işlər sizə həm zövq verə, həm də əlavə gəlir gətirə bilər. Bu baxımdan əgər yaxşı şirniyyat bişirmək bacarığınız varsa, onda sifariş qəbul edərək başqaları üçün bu işi müəyyən məbləğ qarşılığında edə bilərsiniz.

Əgər oyun oynamaq sizin əsas məşğuliyyətinizdirsə, onda bununla pul qazana bilərsiniz. Məsələn, müəyyən bir oyun oynayaraq müəyyən səviyyəyə çata və öz profilinizi sonradan başqasına sata bilərsiniz. Hətta yox niyə satım, özüm oynayıram deyənlərdənsizsinizsə, heç olmasa yaxşı oynayıb, Youtube vasitəsilə pul qazana bilərsiniz. Hətta məlumat üçün bildirək ki, dünyada gamerlər üçün təşkil olunan olimpiadaya milyonlarla yatırım edilir, çünki bu sektor bir çox insan tərəfindən yetərincə izlənir.

Bundan əlavə əgər heyvansevərsinizsə, başqalarının heyvanlarına baxmaqla yaxud onları gəzdirməklə qarşılığında günlük müəyyən qədər pul qazana bilərsiniz. Hətta xaricdə bəzi insanlar bunu biznes şəklində inkişaf etdiriblər, çünki həmin ölkələrdə heyvan saxlayan yetərincə insan var. Təsadüfi deyil ki, Amerika kimi inkişaf etmiş ölkələrdə it bağçaları belə var, bəli düz anladınız, uşaq yox, it bağçası. Burda itlərə necə özünü normal aparmaq qaydaları belə öyrədilir. Bunda bir məna dərk etmək bizim üçün çətin olsa da mədəniyyət fərqliliyi öz sözünü deyir deyib mövzunu burda yekunlaşdırırıq.

Nə iş görməyinizdən asılı olmayaraq işinizi sevin ki, yorulanda belə buna görə təəssüflənməyəsiniz, əksinə emosional özünüzü daha dəyərli hiss edəsiniz.

© Banco.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9876
  • ₽ RUB
    0.0249