KADR İŞİ

İlin birinci yarısında Tərtərdə 211 daimi iş yeri açılıb
02 AVQUST
202

İlin birinci yarısında Tərtərdə 211 daimi iş yeri açılıb

2018-08-02 16:08:00

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası, bölgələrə göstərilən dövlət qayğısı, sahibkarlığın və aqrar sahənin inkişafı ölkəmizin hər yerində, o cümlədən cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da əhalinin məşğulluğunun artmasına şərait yaradır.

Tərtər Rayon Statistika İdarəsindən Fins.az-a bildiriblər ki, 2018-ci ilin birinci yarısında rayonda 211-i daimi olmaqla, 2108 yeni iş yeri yaradılıb. Daimi iş yerlərinin 29-u yeni yaradılmış müəssisə və təşkilatlarda, 28-i mövcud müəssisə və təşkilatlarda, 154-ü fiziki şəxslər tərəfindən açılıb. Bundan başqa yarım ildə 1897 nəfər mövsümi işlərə cəlb edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259