KADR İŞİ

CV-lərin hazırlanması zamanı yol verilən 4 ən böyük SƏHV
30 İYUL
539

CV-lərin hazırlanması zamanı yol verilən 4 ən böyük SƏHV

2018-07-30 14:51:00

Tina Nikolay 1990 – cı illərdə “Walt Disney World” – də işəgötürmə mütəxəssisi kimi işə başladığı zaman müşahidə etmişdi ki, iş axtaran insanların bir çoxu qüsurlu CV – lər (tərcümeyi-hal) təqdim edirlər.

Tina Nikolay bildirir ki, insanlar sadəcə olaraq özlərini və öz bacarıqlarını necə təqdim etməyi bacarmırlar. Bu səbəbdən də o, namizədləri təlimatlandırmaq üçün xüsusi şirkətin olmasını vacib hesab edirdi.

Beləliklə, 2010 – cu ildə Tina Nikolay Résumé Writers' Ink şirkətini təsis etdi.

O deyir: “Şirkətimi təsis etdiyim gündən bəri 40 000 CV nümunəsi oxumuşam”.

Beləliklə, xanım Nikolayın CV – lərdə aşkar etdiyi kobud səhvlər aşağıdakılardır:

1. Diqqətsizlik

“İş axtaran insanların yol verdikləri ən böyük səhv olduqca diqqətsiz olmaqdır. Onlar xırdalıqlara kifayət qədər diqqət yetirmirlər. Onlar tənbəldirlər!”

Xanım Nikolay bildirir ki, oxuduğu saysız-hesabsız Cv nümunələrində bir çox qrammatik səhvlər, qeyri-peşəkar ifadələr, cari olmayan və ya yalnış məlumatlarla qarşılaşmışdır.

2. Uzun xülasələr

Rəsmi dildə yazılan xülasələrin içində sifətlərdən çox istifadə edilməsi yol verilməzdir.

“Oxuduğum bəzi xülasələr sanki kitabdan bir fəsli xatırladırdı. Yaxşı olardı ki, əsas nailiyyətlərinizin qeyd edildiyi bir neçə maddə yazasınız.”

3. Şablon sözlərin çoxluğu

“Out-of-the-box” (bənzərsiz), “team player” (komanda üzvü), “exceptional communicator” (ünsiyyətcil) kimi CV jarqonları günümüzdə geniş yayılmışdır. Komanda halında işləyərkən problemləri həll etmək üçün həqiqətən də müstəsna bacarığa sahib olan insan bu xüsusiyyətini öz CV –də qısa və konkret şəkildə, həmçinin şablon olmayan sözlərdən istifadə edərək çatdırmalıdır.

4. Çox rəsmi üslub

Son olaraq xanım Nikolay bildirir ki, olduqca rəsmi üslubda yazılmış CV nümunələri ilə qarşılaşmaq onun üçün bezdirici hala çevrilmişdi. Çünki bu CV nümunələri oxuyucuya onu yazanın xarakteri haqqında heç bir məlumat vermir.

© Banco.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255