KADR İŞİ

Həftəlik iş rejimi nə qədər olmalıdır? - ARAŞDIRMA
26 İYUL
357

Həftəlik iş rejimi nə qədər olmalıdır? - ARAŞDIRMA

2018-07-26 12:14:00

İşləmək insanın enerjisini əlindən almamalı, əksinə onu xoşbəxt etməlidir. Bunu nəzərə alan Perpetual Guardian şirkəti maraqlı bir araşdırma etmək qərarına gəlib. Onlar iş yükünü azaltmaq və maaşda heç bir dəyişiklik etməməklə işçilərin məhsuldarlığını yoxlamaq qərarına gəliblər. Bundan sonra işçilər 24% daha səmərəli işləməyə başlayıblar. Araşdırma Oklend Texnologiya Universitetitərəfindən həyata keçirilib. Təcrübədə işçilər 5 deyil, 4 gün işləyib və 32 saatlıq iş rejiminə görə yenə eyni məbləğdə maaş alıblar. Bu iş rejimi işlərin daha məhsuldar olmasına şərait yaradıb. Məsələn, işçilər daha kreativ olub, daha az gecikmə halları yaşanıb və işlər vaxtında təhvil verilib. Bundan əlavə işlərin normasında getməsi üçün rəhbərlik bəzi dəyişikliklər də tətbiq edib. Məsələn, iclas vaxtları 2 saatdan 30 dəqiqəyə qədər azaldılıb. Həmçinin texnoloji yeniliklər də işçilərin daha səmərəli işləməsinə yardımçı olub. Məsələn, onlar üçün siqnal sistemi təşkil olunub, hansı ki, hər hansı şəxs işlədikdə həmkarları onu çağırsa həmin zənglə məşğul olduğunu bildirir.

Şirkət rəhbəri bildirib ki, bu təcrübəni işdə səmərəlilik haqda hesabatı oxuduqdan sonra həyata keçirmək qərarına gəlib. O, insanların bu dəyişikliyə müsbət reaksiya verdiyini, əlavə olaraq şirkətin kommunal xərclərinin 20% azaldığını, yoldakı tıxacların da bu səbəbdən həll oluna biləcəyi bildirib. İndi geriyə şirkətin bu qərarı təsdiqləməsi qalır. Xatırladaq ki, bu təcrübə Yeni Zelandiyada həyata keçirilib. Hansı ki, burda insanların həftəlik iş yükü orta hesabla 37.6 saat, Amerikada isə bu rəqəm 38.6 saat təşkil edir. Məlumat üçün bildirək ki, bundan öncə İsveç də buna bənzər addım atmış, yaşlılar üçün iş saatını 8 saatdan 6 saata endirmişdi. Bütün hallarda bu öz müsbət nəticəsini vermişdi.

“Həftədə 40 saatlıq iş rejimi keçmişin qalıntısıdır.” Bu haqda açıqlamanıVeon şirkətinin baş IT şöbə rəhbəri deyib.

Yəqin ki, gələcəkdə bu vəziyyət daha fərqli xarakter daşıyacaq. Ən azından buna ümid etmək olar, çünki robot texnikasının inkişafı məhz insanları əlavə iş yükündən xilas etmək üçün nəzərdə tutulub.

© Banco.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255