KADR İŞİ

İşdə mürgüləməyin ən yaxşı üsulları – FOTO
23 İYUL
175

İşdə mürgüləməyin ən yaxşı üsulları – FOTO

2018-07-23 10:28:00

Yuxuya möhtac qalan talesiz ofis planktonlarından birisinizsə, qorxmayın! İşdə gizlincə mürgüləmək üçün ən yaxşı səkkiz yeri təqdim edirik.

1. Avtomobiliniz

Nyu-Yorkda yaşayıram və sürücülük vəsiqəm yoxdur, ona görə bu üsul mənim üçün keçərli deyil. Ancaq başa düşürəm ki, çoxları böyük meqapolislərdə yaşamır və onlar ofislərinin qarşısında yuxu üçün şəxsi yerə sahibdir.

Bu, çox ideal yerdir və müdiriniz avtomobilin yanından keçən zaman siz asanlıqla özünüzü ölü kimi göstərə bilərsiniz. Sizin sürücülük vəsiqəsiniz var, ancaq avtomobiliniz yoxdur? Qorxmayın! ABŞ-ın bir çox yerlərində bir saatlıq ödənişi 15 dollar olan avtomobillər kirayəyə verilir. 

2. Ayaqyolu

Zamanınızı rahatlıqla tualetdə keçirə bilərsiniz. Buna görə müdiriniz sizi danlaya bilməz və avtomobildəki yuxudan fərqli olaraq, siz burada “diarreya” və ya “qəbzlik”dən şikayətlənə bilərsiniz. 

3. Masanın altı

Corc Kostantsa bu məsələni kəşf edib. Sizin ayrıca ofisiniz varsa, rahatlıqla masa altında yata bilərsiniz. Yox, əgər ofisiniz ümumidirsə, onda sizin sakitliyə riayət edən iş yoldaşlarınız olmalıdır.

Müdiriniz içəri girdikdə, misal üçün, Aleks qışqırır: “Baxın, tavanda yarasa var və o, hücuma hazırlaşır”. Bu, hər zaman işə yarayır. 

4. Açıq hava

Yayda bunu etmək asandır, sizə ancaq otlu sakit sahə kifayətdir. Qışda da bu cür mürgüləmək çətin deyil. Bunun üçün sizə isti gödəkçə lazımdır. Uşaq vaxtı bağçaya gedəndə qış vaxtı soyuq havada oynamağa nifrət edirdim. 

5. Öz masanız ətrafında gün eynəyi ilə

Əgər müdiriniz sizin gözlərinizi görməsə, onların açıq, ya qapalı olduğunu bilməyəcək. Bu, adi bir elmdir. Əgər gün eynəklərini işdə geyinsəniz, istədiyiniz yerdə yata bilərsiniz. 

6. Ofisdəki dibçəklərin arxası

Bütün üzvi varlıqlar eynidir. Ofis bitkiləri hər zaman sizi qoruyacaq və heç kim dibçək arxasında yatan insanı görməyəcək. 

7. Çap otağında

Rəqəmsal texnologiyalar əsrində çap otağı sakit istirahət üçün çox rahat yer ola bilər. Siz bu vacib otaqda rahatlıqla mürgüləyə bilərsiniz. 

8. Düzünü desək, evinizə gedin

İnsanlar çox eqoist varlıqlardır. Əmin ola bilərsiniz ki, başqaları sizə sizin düşündüyünüzdən daha az diqqət göstərir. Özünüzə sual verin ki, əgər işdən iki saat tez çıxsanız, müdiriniz bunu hiss edəcək? Ola bilsin ki, yox! Onların öz problemləri daha çoxdur. Buna görə, sadəcə, evə gedin. 

Məqalə VICE US portalında dərc olunub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9423
  • ₽ RUB
    0.0253