KADR İŞİ

İş yoldaşlarınıza deməməli olduğunuz 6 cümlə
10 İYUL
781

İş yoldaşlarınıza deməməli olduğunuz 6 cümlə

2018-07-10 16:09:00

Həyatımızın qırx ilinin 70%-ni bir ofisdə keçiririk. Nəticədə heç kəs iş mühitinin ona təsir etmədiyini və həyatında vacib bir yerə sahib olmadığını deyə bilməz. Hər birimiz işlədiyimiz mühitdən təsirlənirik  və həyat enerjimizi artıracaq bir mühitdə işləmək istəyərik. Karyera mütəxəssisi Jill Jacinto “İş yoldaşlarınıza deməməli olduğunuz 6 cümlə”–ni bizlərlə bölüşərək iş həyatında fikir verməli olduğumuz vacib bir nüansa diqqət çəkmişdir.

1. “Təqdimatın çox pis idi” və ya bu qəbildən olan hər hansı bir  kəskin tənqidedici rəy bildirmək.

İş yoldaşlarınıza kəskin tənqidli rəy bildirmək heç də yaxşı fikir deyil. Bu cür ifadələrlə iş yoldaşlarınızın qəlbini qıra bilər və onları özünüzdən uzaqlaşdıra bilərsiniz. Bunun əvəzinə problemlərin nə olduğuna yönələrək ona pozitiv rəy bildirsəniz, bununla həm onun iş həyatına fayda vermiş olarsınız, həm də münasibətiniz korlanmaz.

2. “Müdirimə nifrət edirəm” ya da rəhbəriniz haqqında təhqiredici hər hansı bir cümlə qurmaq.

Müdirinizlə hər hansı bir mövzuda mübahisə etmək və onun haqqında belə cümlələr qurmaq işinizi itirməyinizə səbəb ola bilər.

Xüsusilə iş yoldaşlarınızın yanında müdirinizlə bağlı mənfi fikirlər səsləndirməməlisiniz, çünki kimin harada nəyi danışacağından əmin ola bilmərsiniz. İkincisi isə müdirinizlə sizin probleminiz digər iş yoldaşlarınıza da təsir edər və iş məhsuldarlığını aşağı salar.

3. “Ofisdəki ən yaxşı satış menecerisiniz” və ya buna bənzər eşitmək istədikləri cümlələri söyləmək.

İş yoldaşınızın performansının yaxşı olduğunu demək ona xoş təsir bağışlaya bilər. Lakin, bu sizə və iş yoldaşınıza hər hansı bir xeyir gətirməz, çünki bu cümlələrdən sonra iş yoldaşlarınız hər zamanki məhsuldarlıqlarını azaldacaqlar. Bir insana mükəmməl olduğunu söyləmək və sadəcə uğurlarından bəhs etmək, o insana edə biləcəyiniz ən böyük yamanlıqlardan biridir. Bunun əvəzinə realist olmaq və gördüklərinizi söyləmək hər zaman onun xeyrinə olacaqdır.

4. “Bu müştərimi sözsüz ki, tanımırsan” kimi gizli müştəri məlumatlarını bölüşmək.

Müştəriləriniz haqqında iş yoldaşlarınıza əsla mənfi danışmamalısınız. Bununla yanaşı onlara məxsus gizli məlumatları da bölüşmək iş yerində yol verməməli olduğunuz səhvlərdəndir.

5. “Dünən Jalənin nə etdiyini eşitmisənmi?” və ya bunun kimi başqa bir ofis dedi-qodusu etmək.

İş yoldaşlarınızın şəxsi həyatı ilə bağlı məlumatları yaymaq əsla yaxşı fikir deyildir. İş yoldaşlarınızla münasibətiniz nə qədər səmimi olsa da, bu sizə başqalarının şəxsi həyatı ilə bağlı danışmaq ixtiyarı verməz ki, bu hərəkət sizə qarşı inamı da sarsıda bilər.

6. “Çox böyük bir səhvə yol verdim” və ya başqa bir böyük səhvi qəbul etməyiniz.

İş həyatınızda səhvə yol verə bilərsiniz, lakin bu səhvləri iş yoldaşlarınızla bölüşməyin. Çünki heç gözləmədiyiniz bir anda etdiyiniz səhv gün üzünə çıxa bilər və işinizdən qovula bilərsiniz. Çünki bəzi insanlar üçün rəqabət dostluqdan daha vacibdir və onlar bu məlumatları sizə qarşı istifadə edə bilərlər. Yəni, əslində Jill Jacinto heç kəsə inanmamağınızı tövsiyyə edir.

© Banco.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9267
  • ₽ RUB
    0.0258