KADR İŞİ

İşgüzar yazışmalar edərkən nələri nəzərə almaq lazımdır?
06 İYUL
273

İşgüzar yazışmalar edərkən nələri nəzərə almaq lazımdır?

2018-07-06 10:52:00

İşgüzar yazışmalar ilk olaraq sizin sahib olduğunuz şəxsi keyfiyyətiniz haqda məlumat verir. İşgüzar yazışmalar adından da bəlli olduğu kimi əsasən partnyorluq edən şəxslər arasında baş tutur. Belə olduqda isə tərəflər yazdıqları ifadə və istifadə etdikləri atributlara fikir verməlidirlər. Bir çox hallarda insanlar yazıda emojilərdən istifadə edib-etməmək və ya milli bayramları təbrik etmək haqda tərəddüd yaşayırlar. Mövzu barəsində bu məqalədə lazım olan vacib fikirləri tapa bilərsiniz.

İşgüzar yazışmaların müasir qaydaları

İşgüzar yazışmalar edərkən bir sıra nüanslara diqqət yetirməyiniz vacib şərtdir. İlk olaraq lazımsız suallar verməkdən qaçının. Yersiz verilən suallar sizin şəxsi nüfuzunuzu zədələyə bilər. Sizə sual ünvalamadıqca cavab verməyə tələsməyin. Bundan əlavə çalışın göstərilən əlaqə vasitələrindən istifadə edin. Məsələn, əgər sizinlə e-mail vasitəsilə əlaqə yaratmaq istəyirlərsə, onda messengerlə əlaqə saxlamayın. Amma təbii ki, burda da müəyyən istisnalar mövcuddur. Əgər sizə hansı uyğundur sualı ünvanlanarsa, onda istədiyinizi qeyd edə bilərsiniz. Əgər səsli məsaj göndərmək istəsəniz  bunu öncədən qeyd edin. Çünki qarşınızdakı şəxs belə mesajı normal qarşılamaya da bilər. Bütün mesajlarınıza və ya e-mail məktublarınızın başlığına “vacibdir” yazısı qeyd etməyin. Əks halda gələn dəfə sizin müraciətiniz ciddi qəbul olunmayacaq. Əgər qeyd etdiyiniz kimi məsələ çox vacibdirsə, onda ilk öncə məsələ haqda qısa məlumat verin, onun cavab verməli olduğu vaxtı dəqiq qeyd edin və rəsmi olsa belə, hal-əhval tutmağı unutmayın. Məsələn, “ümid edirəm hər şey qaydasındadır” və ya “ümid edirəm işləriniz qaydasında gedir” kimi ifadələr mövzuya başlamaq üçün daha münasibdir. Belə olduqda qarşı tərəfdə özünüzə qarşı professional fikir formalaşdırmış olursunuz. Müraciət etdiyiniz şəxsin adını qeyd etməyiniz işinizin daha tezliklə həllinə təkan verən amillərdəndir.

Əgər yazışdığınız şəxslə bir neçə dəfə ünsiyyətdə olmusunuzsa, yazılarınızda ifrata varmadan emojilərdən istifadə edə bilərsiniz. Ən əsası unutmayın ki, empati ən yaxşı həll yoludur. Bu yolla qarşınızdakı şəxslə qarşılıqlı normal ünsiyyət yarada bilər və işlərini asanlıqla həll edə bilərsiniz.

© Banco.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9848
  • ₽ RUB
    0.0253