KADR İŞİ

Komandanın hansı tip üzvüsünüz?
25 İYUN
261

Komandanın hansı tip üzvüsünüz?

2018-06-25 10:32:00

İş həyatı çoxlu insanlarla və komandalarla ayaqlaşmağı zəruri edir. Əlbəttə, effektiv komandalar və disfunksional komandalar arasında nəzərəçarpan fərq olur. Fərdi şəkildə ixtisaslaşan işçilər komandada birləşdiyi anda şirkətlər bütün gücü ilə hərəkət etməyə başlayır. İstənilən qədər keyfiyyətli, bacarıqlı çalışanlarınız ola bilər, komanda işi olmadığı müddətcə uğursuzluq qaçılmazdır.

Komanda idarəsi hər fərdə xüsusi yanaşma tələb edir. İnsanlar çox fərqlidirlər. Əgər komanda işinin altına girəcəksinizsə, fərqliliklər nəzərə alınmalıdır.Ümumiyyətlə “fərqlərə” nəzər salsaq, 4 dominant tipin olduğunu görə bilərik.

“Mən”çilər - Bu insanlar hər şeyi öhdəsinə götürməyi çox sevirlər. Bu tipin nümayəndələri işlərinə çox bağlıdırlar və istənilən məsuliyyətə gözlərini yumub girəcək cəsarətdədirlər. Baxmayaraq ki, mənçilər komanda daxilində çox effektiv ola bilərlər, amma daha çox tək işləməyi sevirlər. Onlar komanda oyunçuları deyil, onlar işin bütün çətinliklərinə tək qatlaşırlar. “Mən edərəm, siz toxunmayın” baxış aspektindən baxan mənçilər finiş xəttinə tək qaçırlar. Əksər hallarda, komanda ilə paylaşmadıqları fikirlər, təcrübə, bütün şirkətə ziyan gətirə bilir. Başqalarının ideyaları, fikirləri, məsləhətləri mənçilər üçün qəbuledilməzə biraz yaxındır. Məhz bu səbəbdən, onlara etiraz etmək, ideyalarına hörmətsizlik komanda işində qırılma nöqtələri yarada bilir.

“Biz”çilər - Bu insanlar həqiq komanda oyunçularıdır. “Birlikdə bacaracağıq” aspektindən baxan bizçilər, təcrübələrini bölüşməyi, iş birliyi etməyi çox sevirlər. Əlindən gələnin ən yaxşısına çalışırlar, bütün ideyalarını bölüşürlər, öhdəlikləri götürməyi çox sevirlər və onlar iş dünyasında axtarılanlardır.

“Sən”çilər - Öhdəliklərdən qaçırlar.Çünki bilmirlər nə edəcəklərini. Əksər hallarda problemin kökü özünəinamın az olmasına gedib çıxır. Bəzən motivasiyanın düşüklüyü, bəzən isə şirkətdaxili mühit sənçiləri ortaya çıxarır. Bu tipin daxilində də kiçik qruplar vardır. “Passivlər” istənilən öhdəliyə laqeyddirlər. “Aktivlər” üçün çətinlik işi boyunlarına götürənə kimidir. Və bir də “Kəskin Sənçilər” var ki, ən çətin tiplər məhz bunlardır. Əksər hallarda başladıqları bütün işləri yarımçıq qoyur, bəhanələr gətirir və iş görmürlər. Ümumiyyətlə, sənçilər aşağı keyfiyyətli işçilər sayılır.

“Özüm”çülər - Bu insanların layihələrlə bağlı heç bir marağı olmur. Onları yalnız öz istədikləri, özlərinə lazım olan işləri yerinə yetirirlər. Güclü özümçülər layihələrin idarə olunmasında ciddi problemlər törədə bilərlər. Bəxtiniz gətirsə, onlar layihələrlə bağlı öhdəlikləri qəbul edəcəklər. Lakin, bir müddətdən sonra maraqlar toqquşarsa, hər şey alt-üst ola bilər.

Xoşbəxtlikdən, effektiv menecment və işin düzgün yerinə yetirilməsi ilə digər qrupları, “bizçilərə” dəyişmək olar. Sadəcə lazım olan tək şey düzgün iş mühitinin qurulmasıdır ki, çalışanlar bütün enerjilərini işə versinlər.

© Banco.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9876
  • ₽ RUB
    0.0249