KADR İŞİ

Tətildən qayıtdıqdan sonra yenidən işə adaptasiya olmağın yolları
20 İYUN
258

Tətildən qayıtdıqdan sonra yenidən işə adaptasiya olmağın yolları

2018-06-20 15:50:00

Bayram tətillərində və ya məzuniyyət zamanı xüsusilə də şəhərkənarına istirahətə gedən insanlar üçün çətin anlardan biri tətil abu-havasından çıxıb yenidən işlərə adaptasiya olmaqdır.

Razaman bayramı səbəbilə elan edilən qeyri-iş günləri bugün etibarilə başa çatdı. Insanların əksəriyyətinin bu qısa müddətə belə olsa dincəlmək üçün şəhərkənarı yerlərə getdiyini təxmin etmək elə də çətin deyil. Bununla yanaşı hazırda yay aylarını yaşadığımız üçün işləyən insanların çoxu artıq məzuniyyət planlarını qurmağa başlayıblar desək yəqin ki yanılmarıq.

İşdən uzaqlaşıb tətilə çıxmaq xoş səslənsə də, istirahətdən işə geri qayıtmaq o qədər də xoş olmaya bilər. Məhz bu prosesin sizlərə asan olması üçün “Forbes” jurnalının yayımladığı bəzi məsləhətlərlə tanış olaq.

Dönüşünüzü öncədən planlaşdırın

Insanların əksəriyyəti işdən uzaqlaşıb tətilə çıxarkən sadəcə gediş planları qurmaqla məşğul olurlar. Lakin, geri qayıtma prosesini də əvvəlcədən planlaşdırmağa çalışmaq lazımdır. Bununla yanaşı, bir çoxumuz tətilin son gününün axşamı və ya gecəsi evə geri dönərək tətilin müddətini maksimum uzatmağa çalışsaq da, “168 saat: Düşündüyündən daha çox vaxtın var” adlı kitabın müəllifi Laura Vanderkam daha tez geri dönməyi məsləhət görür.

Dərhal işlərə başlamayın

Əgər krizis planınız yoxdursa, tətildən dərhal sonra ofisə qayıtmayın. Vanderkam bu mövzu ilə bağlı aşağıdakıları yazır:

“Buraxdığınız bütün iclaslara girmək tendensiyası mövcuddur. Mümkün olduğu qədər bunu ikinci iş gününə saxlayın və ya günortadan sonra özünüzə vaxt ayırın.”

“Səhərlər əsla e-poçtlarınızı yoxlamayın” adlı kitabın müəllifi, təlimçi Julie Morgenstern isə aşağıdakı tövsiyyələri verir:

“Keçid vaxtı yaradın. Ofisdəki ilk iş gününüz üçün əvvəlcədən iş müəyyənləşdirməyin, özünüzə vaxt ayırın.”

Avtomatik cavabınız sizin ilkin müdafiə vasitənizdir

Sizə gələcək zənglərə qoyulan avtomatik cavab bəsit, faydalı və dürüst olmalıdır. Vanderkam tətildə olduğunuz müddət ərzində işlə məşğul olmamağınızı məsləhət görür. Bu avtomatik cavab sayəsində iş yoldaşlarınız uyğun olub-olmadığınızı biləcəklər.

Bununla yanaşı sizə kimlərin mail göndərə biləcəyini və insanların sizin əvəzinizə kiminlə əlaqə saxlayacaqlarını ya da sizin onlara nə zaman cavab verəcəyinizi bilmələrinə də əmin olun.

Tətildə olduğunuz zaman sizə gələn maillərə sürətlə nəzər salın və daha sonra hamısını silin

Göndərilən maillərin silinməsi düşüncəsi sübhəsiz ki, sizi qorxudur. Lakin, bir çox insanlar tətildən qayıtdıqdan sonra bu müddət ərzində gələn lazımsız mailləri silməyin çox vaxt apardığını iddia edirlər. Vanderkam bu haqda yazır: “Bəzi insanlar nəyin işarələndiyinə sürətlə nəzər salar, nəyin lazımlı olduğunu görər və daha sonra hər şeyi silər.” Qısası, e-poçt hesabınızdakı vacib maillərə nəzər saldıqdan sonra lazımsız hesab etdiklərinizi silin.

© Banco.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9921
  • ₽ RUB
    0.0273