KADR İŞİ

RƏSMİ ANONS: Dövlət Gömrük Komitəsində növbəti struktur dəyişiklikləri gözlənilir
13 İYUN
778

RƏSMİ ANONS: Dövlət Gömrük Komitəsində növbəti struktur dəyişiklikləri gözlənilir

2018-06-13 14:22:00

Dövlət Gömrük Komitəsi (DGK) gömrük qanunvericiliyi strukturunun təkmilləşdirilməsini davam etdirmək niyyətindədir.

Fins.az-ın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin Hüquqi təminat şöbəsinin rəisi Sənan Muxtarov deyib.

S.Muxtarov bildirib ki, DGK öz fəaliyyətini təkmilləşdirmək üçün mütəmadi olaraq tədbirlər görür:

"Hazırda Dövlət Gömrük Komitəsində növbəti struktur dəyişiklikləri hazırlanır. Bu dəyişikliklər, o cümlədən Komitənin strukturuna daxil olan orqanlarda aparılacaq və gömrük sahəsində idarəetmə sisteminin modernləşdirilməsinə istiqamətlənib. Qanunvericiliyə gəlincə, gömrük rəsmiləşdirməsi zamanı sərf olunan vaxta qənaət üzrə işlərimizi davam etdirmək istəyirik".

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255