KADR İŞİ

Dünyanın sadəcə 2%-i üçün xarakterik olan bacarıq: Super tanıma
12 İYUN
388

Dünyanın sadəcə 2%-i üçün xarakterik olan bacarıq: Super tanıma

2018-06-12 10:05:00

Adi insanlar daha əvvəl gördükləri üzlərin ancaq yüzdə 20-ni xatırlaya bilirlər. Lakin, dünyadakı insanların 1-2% - də çox güclü üz yaddaşı var.

Bu insanlar çox qısa müddət ərzində belə gördükləri insanların üzlərini daha sonra tanıya bilir və uzun müddət yaddaşlarından çıxarmırlar.

“Super tanıyıcılar” olaraq adlandırılan bu şəxslər gördükləri üzlərin 80% - ni xatırlaya bilirlər.

“Super tanıyıcılar” – ın keçmişi yüzilliklər öncəsinə qədər gedib çıxır. Roma impersiyanda bu bacarığa sahib insanların vəzifəsi imperator insanların çox olduğu yerdə olarkən onun arxasında dayanıb dostu/düşməni ayırd etmək idi. Insan beyninin hər iki tərəfində üz tanıma fuksiyası daşıyan iki kiçik xüsusi nayihə mövcuddur. “Super tanıyıcı” olaraq bilinən insanlarda bu nayihələrdəki fəallıq üst səviyyədədir.

“Super tanıyıcı” anlayışını ilk dəfə 2009-cu ildə psixoloq alim Riçard Russel və onunla birlikdə çalışan araşdırma komandası həyata keçirdikləri tədqiqat zamanı dörd iştirakçı üçün istifadə etdilər. Sözügedən bu araşdırma olduqca güclü üz yaddaşına sahib insanların olduğunu ortaya çıxardı.

Mövzu ilə bağlı daha aktual olan digər bir araşdırma isə Qrinviç Universitetindən Dr. Coş P. Davis tərəfindən həyata keçirilmişdir. Davisə görə insanların təqribən 1%-i super tanıyıcı ola bilər. Bəs filmlərdəki aktyorları dərhal tanıyan dostunuz super tanıyıcı ola bilərmi? Ya da uzun müddət keçməsinə baxmayaraq köhnə dostları dərhal xatırlayanlar? Düzünü demək lazımdırsa, bəli. Belə dostlarınız varsa onların super tanıma yaddaşına sahib olma ehtimalı ola bilər. Davisin araşdırmasında dünyanın müxtəlif yerlərindən 1000 nəfərdən çox insan super tanıyıcı olaraq qəbul edilmişdir.

Bəs özünüzün belə bir bacarığı olub olmadığını necə müəyyən edə bilərsiniz? Davisə görə probləmlərdən biri də super tanıyıcıların müəyyənləşdirilməsidir. Cari araşdırmalarda iki əsas kriteriya nəzərə alınır. Bunlardan ilki şəkillərin istifadə olunduğu üz yaddaşı testi, ikincisi isə real şəxslərin tanınmasına dair keçirilən test. Ancaq laboratoriyalarda aparılan testlərə əsasən bir nəfərin real həyatda da üz yaddaşının nə qədər güclü olacağını demək çətin ola bilər.

© Banco.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9570
  • ₽ RUB
    0.0259