KADR İŞİ

Nazirlər Kabinetinin Aparatında ixtisara düşən və düşməyən şöbə müdirləri – TAM SİYAHI
04 İYUN
1402

Nazirlər Kabinetinin Aparatında ixtisara düşən və düşməyən şöbə müdirləri – TAM SİYAHI

2018-06-04 17:26:00

Nazirlər Kabineti Aparatında dəyişiklik edilib. 

Modern.az xəbər verir ki, Nazirlər Kabinetinin Aparatında şöbələrin sayı 15-dən 10-a endirilib.

Kənd təsərrüfatı məsələləri şöbəsi, Ekologiya məsələləri şöbəsi və Regionların inkişafı məsələləri şöbəsi birləşdirilərək Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsi yaradılıb. 

Neft və kimya məsələləri şöbəsi, Beynəlxalq maliyyə təşkilatları ilə iş şöbəsi və Qaçqınların və məcburi köçkünlərin məsələləri şöbəsi digər müvafiq şöbələrlə birləşdirilib.

Baş nazirin Katibliyinin rəisi vəzifəsi yaradılıb

Fins.az-ın məlumatına görə, struktur islahatı nəticəsində Nazirlər Kabinetinin Aparatında aşağadakı şöbə müdirləri ixtisara düşüb:

Neft və kimya məsələləri şöbəsinin müdiri Əsgər Aslanov;

Kənd təsərrüfatı məsələləri şöbəsinin müdiri Əli Məmmədov;

Regionların inkişafı məsələləri şöbəsinin müdiri Nizami Mustafayev; 

Qaçqınların və məcburi köçkünlərin məsələləri şöbəsinin müdiri Qurban Sadıqov; 

Ekologiya məsələləri şöbəsinin müdiri Zemfira Sairbəyzadə; 

Beynəlxalq maliyyə təşkilatları ilə iş şöbəsinin müdiri Nail Fətəliyev.

 

Beləliklə, hazırda Nazirlər Kabinetinin Aparatında hazırda aşağıdakı şəxslər təmsil olunurlar: 

 

Nazirlər Kabineti Aparatının rəhbəri - Ağabala Hacıyev

Baş nazir Katibliyinin rəisi – təyinat yoxdur

Baş nazirinin köməkçisi - Tofiq Sarıcalinski

Baş nazirinin köməkçisi - Natiq Əzizov

Baş nazirinin köməkçisi - Sabir Bayramov

Hüquq şöbəsinin müdiri - Günəş Vəliyeva

Maliyyə və iqtisadiyyat məsələləri şöbəsinin müdiri - Şahin Sadıqov

Humanitar və sosial məsələlər şöbəsinin müdiri - Musa Ələkbərov

Beynəlxalq əlaqələr şöbəsinin müdiri - Ağadayı Ağayev

Sənaye və energetika məsələləri şöbəsinin müdiri - Elşən Hacızadə

Regionların inkişafı, kənd təsərrüfatı və ekologiya məsələləri şöbəsinin müdiri - təyinat yoxdur

Təhlükəsizlik və müdafiə məsələləri şöbəsinin müdiri - Qulu İmanquliyev

Kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri - Şahin Salahov

Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri - Vəfa Əliyeva

Mətbuat xidmətinin rəhbəri - Akif Əli

İşlər müdiri - Süleyman Şəfiyev

 
Azərbaycanın Baş naziri Novruz Məmmədovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259