KADR İŞİ

Azərbaycanda vəkillərin sayı açıqlanıb
02 MAY
296

Azərbaycanda vəkillərin sayı açıqlanıb

2018-05-02 10:26:00

Azərbaycanda fəaliyyət göstərən vəkillərin sayı açıqlanıb. 
Fins.az-ın xəbərinə görə, Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib ki, ilk dəfə ölkədə vəkillərin sayı 1000 nəfəri ötüb. 
Onun sözlərinə görə, Azərbaycanda 1039 nəfər vəkil fəaliyyət göstərir. 
A. Bağırov deyib ki, ixtisas imtahanlarını və icbari təlimi uğurla başa vurmuş 90 nəfər namizəd vəkilliyə qəbul edilib: "Bu şəxslərin 80 faizi 40 yaşına kimi olan hüquqşünaslardır. Bu da onu göstərir ki, gənc hüquqşünaslar vəkilliyə böyük maraq göstərirlər. Vəkillər Kollegiyasına qəbul davam edir. Ümid edirəm ki, ilin sonuna kimi ölkədə vəkillərin sayı xeyli artacaq".
A. Bağırov qeyd edib ki, vəkilliyə sonuncu qəbuldan sonra ölkədə hər 10 min nəfərə 11 vəkil düşür: "Vəkillərin sayı hər ay artacaq. Biz savadlı, hazırlıqlı və təcrübəli hüquqşünasların vəkilliyə qəbul olunmasına çalışırıq. Vəkillərin hazırlığı, bilik səviyyəsi heç də hakimdən, ya prokurordan aşağı olmamalıdır. Aprelin 16-dan vəkilliyə sənəd qəbulu başlanıb. Vəkilliyə qəbulla bağlı növbəti imtahanı payızda keçirməyi nəzərdə tuturuq".

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254