KADR İŞİ

Google-ın fikrincə, rəhbərin 10 əsas xüsusiyyəti
16 MART
410

Google-ın fikrincə, rəhbərin 10 əsas xüsusiyyəti

2018-03-16 12:56:00

Google 2008-ci ildən etibarən rəhbərlərinin uğurlarının araşdırılması ilə məşğul olan Oxygen layihəsinə rəhbərlik edir. 2018-ci ildə rəhbərlərin işi daxili reytinq və əməkdaşların rəylərinə əsasən qiymətləndirilmişdi. Bu zaman yaxşı rəhbəri olan komandaların daha məhsuldar işlədiyi və özlərini daha məmnun hiss etdikləri ortaya çıxdı. Google əməkdaşları arasında sorğu keçirərək güclü rəhbərə məxsus 10 xüsusiyyəti ortaya çıxardı:

1. Yaxşı müəllimdir

Əməkdaşlar yalnız problemlərin həlli tələb olunduqda deyil, hər zaman biliklərini paylaşmağa, onlara vaxt ayırmağa hazır olan menecerləri qiymətləndirirlər.

2. Mikromenecmentdən imtina edir

Googla, ən yaxşı menecerlərinin əməkdaşlarına etibar etdiyini göstərərək komandalarında azadlıq və təşəbbüskarlıq balansını dəstəklədiklərini müəyyən edib.

3. Əməkdaşların uğurunun qayğısına qalaraq unikal komanda mühiti yaradır

Hər bir əməkdaşın özünü komandanın bir hissəsi kimi hiss edəcəyi və ümumi məqsədə çatmaq üçün işinin nəticəsini görəcək mühit yaratmaq vacibdir.

4. Məhsuldardır və nəticə üçün işləyir

İnsanlar tənbəl müdirə işləmək istəmir. Hər kəs məhsuldar və uğurlu komandanın bir hissəsi olmaq istəyir, lakin lider iş ritmini təyin etmədikdə, bu çox çətin olur.

5. Əməkdaşları dinləyir və məlumatlarla paylaşır

Menecer kommunikasiya vərdişlərinə malik olmalıdır: ünsiyyət qurmalı, danışıqlar aparmalı, münaqişələri həll etməli, ən əsası əməkdaşların fikirlərini dinləməlidir.

6. Əməkdaşların inkişafını dəstəkləyir və əks əlaqə qurur

Yaxşı menecer əməkdaşlarına bacarıqlarını inkişaf etdirməyə kömək edir, onların karyera yüksəlişinin qayğısına qalır və effektivliklərinə dair dürüst rəy (Performance Review) verir.

7. Məhsul və komanda üçün inkişaf strategiyasına malikdir

Komandaya şirkətin məqsədlərini çatdırmaq menecerin əsas vəzifələrindən biridir.
Əməkdaşlar hər bir işin nə üçün yerinə yetirildiyini, nə ilə nəticələnəcəyini və onların işinin ümumi nəticəyə necə təsir edəcəyini bilmək istəyirlər.

8. Əsas texniki bacarıqlara malikdir

Google meneceri məhsulun yaranma prosesini bilir, müəyyən problemin həllinə kömək edə bilər, lakin bütün sahələr üzrə mütəxəssis deyildir. Hər bir əməkdaş öz sahəsi üzrə menecerdən daha çox biliyə malikdir və bu düzgündür.

9. Digər komandalarla əməkdaşlıq edir

Google-ın əməkdaşları üçün digər komandalarla daim qarşılıqlı əlaqədə olmaq vacibdir, ümumi problemlərin həlli surəti və işin keyfiyyəti məhz bundan asılıdır. Buna görə də yaxşı menecer kross-funksional layihələr və komandanın əlaqəli işi üçün kommunikasiya qurmağı bacarır.

10. Əhəmiyyətli qərarlar verir

Problemi komanda ilə müzakirə etmək və əməkdaşların fikrini dinləmək vacibdir, lakin qərarı menecerin özü verməli və məsuliyyəti öz üzərinə götürməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0001
  • ₽ RUB
    0.0277