KADR İŞİ

Azərbaycanda iş axtaranlar ən çox bunlardan narazıdır
14 MART
456

Azərbaycanda iş axtaranlar ən çox bunlardan narazıdır

2018-03-14 15:40:00

Kiçik bir anket sorğusu keçirməyə və ölkəmizdə iş axtaran namizədləri narahat edən bəzi məqamları araşdırmağa çalışdım. İlk əvvəl bu anket sorğusunda zaman ayıraraq iştirak edən hər kəsə dərin minnətdarlığımı bildirirəm. Daha sonra da onu bildirmək istəyirəm ki, anket dörd sualdan ibarət idi və iştirakçılar birdən çox (maksimum üç) variant seçərək, o cümlədən öz cavab variantlarını əlavə edərək bu suallara münasibət bildirmək haqqına sahib idi. İndi də Sizi nəticələrlə tanış etmək istəyirəm.

İş axtaranların 31%-i (86 nəfər) hesab edir ki, iş elanlarında vakansiya üçün müəyyən edilmiş tələblər hədsiz dərəcədə yüksəkdir. Namizədlərin 23%-i isə işlərin qarşılığında vəd edilən əmək haqqının az olmasından şikayətlənir. İş elanlarının saxta olmasından da düz 19% iş axtaran narazıdır. İlk sual ilə bağlı bütün nəticələr aşağıdakı kimidir:

Şəkil 1. Ölkəmizdə verilən iş elanlarında ən çox nələrdən narazısınız ?
Şəkil 1. Ölkəmizdə verilən iş elanlarında ən çox nələrdən narazısınız ?

Şəkil 1. Ölkəmizdə verilən iş elanlarında ən çox nələrdən narazısınız ?

İşə qəbul üçün müsahibəyə dəvət edilən namizədlərin düz yarısı (49%, 65 nəfər)təşkilatların müsahibəyə eyni zamanda çox insan çağırmasından və uzun zaman gözlədilməkdən narazıdır. Müsahibəyə dəvət almış hər 4 nəfərdən 1-i (25%) onunla görüşməli olan şəxsin yerində olmadığı üçün çox gözləməkdən, bəzi hallarda isə hətta müsahibənin təxirə salınmasından şikayətçidir. Namizədlərin 22%-i müsahibə üçün çağırıldıqları təşkilatlarda kobud danışıq və rəftardan narazıdır. Açığı bu nəticələr onu göstərir ki, ümumi vəziyyət heç də ürəkaçan deyil. Demək olar ki, 75% namizəd uzun müddət gözlədilməkdən narazıdır. Bu da işə qəbul proseslərinin planlaşdırılması və təşkilatçılıq məsələlərində ciddi problemlərin olduğunu göstərir. Təşkilatlarda kobud rəftarla qarşılaşan namizədlər də az deyil (hər 5 nəfərdən 1-i). Ümumi nəticələr bu şəkildədir:

Şəkil 2. İşə qəbul üçün müsahibəyə çağırıldığınız təşkilatlarda ən çox nələrdən narazı qalmısınız ?
Şəkil 2. İşə qəbul üçün müsahibəyə çağırıldığınız təşkilatlarda ən çox nələrdən narazı qalmısınız ?

Şəkil 2. İşə qəbul üçün müsahibəyə çağırıldığınız təşkilatlarda ən çox nələrdən narazı qalmısınız?

Müsahibəyə dəvət edilən namizədlərdən 32%-i (55 nəfər) düşünür ki, onlara müraciət etdikləri vəzifənin tələbləri ilə əlaqəsi olmayan suallar verilib. Namizədlərin 21%-iHR-ların müsahibə zamanı sual verdikdən sonra onları dinləmədiyi, bu zaman başqa işlərlə məşğul olduğunu deyir. 18% isə HR-ların müsahibədən əvvəl onların CV-sinə baxmadığı fikrindədir. Namizədlərin 22%-i isə HR-ların kobub rəftarında və ya onları ələ salmasından narazıdır. Bəlkə də düşünə bilərik ki, namizəd hansı sualın vəzifə tələblərinə uyğun olub-olmadığını dəqiq müəyyən edə bilməz. Amma HR-ların namizədlərə etinasız yanaşması, onları dinləməməsi, onlarla kobud şəkildə danışması, hətta ən dəhşətlisi, onları ələ salması qətiyyən arzu edilən hallar deyil.

Şəkil 3. İşə qəbul üçün dəvət edildiyiniz müsahibə zamanı nələrdən narazı qalmısınız?
Şəkil 3. İşə qəbul üçün dəvət edildiyiniz müsahibə zamanı nələrdən narazı qalmısınız?

Şəkil 3. İşə qəbul üçün dəvət edildiyiniz müsahibə zamanı nələrdən narazı qalmısınız ?

Namizədlərin 39%-nin təşkilatlara etibar etmədiyini görürük. Onlar düşünür ki, müsahibəyə çağırıldıqları vəzifəyə “dayısı” olan birini işə aldılar. Bu nəticə işə qəbul proseslərinin ədalətli olmasına ciddi inamsızlığın olduğunu göstərir. 20% isə hesab edir ki, hər şey ədalətli oldu və vəzifənin tələblərinə onlardan daha uyğun mütəxəssislər işə alındı. Bu insanları çox səmimi olduqları üçün təbrik etmək lazımdır. Namizədlərin 15%-i işə qəbul edilməmə səbəbi olaraq əmək haqqı tələblərinin uyğun hesab edilmədiyini, digər 15% isə fiziki görünüş və ya danışıq şəkillərinin buna səbəb olduğunu düşünür. Digər nəticələr belə olub:

Şəkil 4. İşə qəbul edilmədiyiniz hallarda Sizcə bunun səbəbləri nələr olub ?
Şəkil 4. İşə qəbul edilmədiyiniz hallarda Sizcə bunun səbəbləri nələr olub ?

Şəkil 4. İşə qəbul edilmədiyiniz hallarda Sizcə bunun səbəbləri nələr olub ?

© Banco.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272