KADR İŞİ

Uorren Baffetin 14 yaşlı gəncə verdiyi məsləhət
12 MART
628

Uorren Baffetin 14 yaşlı gəncə verdiyi məsləhət

2018-03-12 17:00:00

Dünyanın ən zəngin iş adamı Uorren Baffet, CEO-su olduğu Berkshire Hathway-in illik iclasında nitqini bitirdikdən sonra növbə iştirakçılar tərəfindən ona veriləcək  suallar mərhələsinə gəlib çıxdı.  İştirakçılar arasında yaşı az olsa da böyük düşünən 14  yaşlı  Justing Fond da var idi. Hamının gözlədiyinin əksinə Fond Baffetə investisiya ilə əlaqəsi olmayan bir sual istiqamətləndirdi.

Çox uğurlu bir insansınız, həyatda qazanmadığınız şey yoxdur. Bəs mənim kimi 14 yaşlı bir gəncə uğurlu biri olmaq üçün nə tövsiyyə edərdiniz?

Baffetin verdiyi cavab hər kəsə görə doğru olmaya bilər, lakin düşünürəm ki həmin məsləhət bu 14 yaşlı dostumuza gələcək karyerasını qurmasında böyük yol göstərəcəkdi, peşəkar inkişafı üçün çox faydalı bir məsləhət olacaqdı. Baffetin cavabına gəldikdə isə:

Əslində daha yaxşı olmaq üçün məndən də yaxşıları ilə gəzmişəm, dost olaraq da davranışı məndən daha yaxşı olan insanları seçmişəm. Beləliklə daha yaxşı olmağa çalışmışam.

Baffetin iş ortağı ,  Berkshire Hathwaydə müdir müavini  Charlie Munger isə bunları əlavə edirdi:

Əgər sənə özündən yaxşısıyla gəzmək məşhurluq qazadıracaqsa, Baffetin dediklərini unut. Məşhur olmaq üçün yox, öyrənmək üçün onlarla ol. 

Baffetin 14 yaşlı dostumuza  verdiyi məsləhət əslində hamımız üçün deyilmiş bir ifadədir. İnsan anadan olanda hansı mühitdə böyüyürsə gələcəkdə də o mühitin qalıqları qalır. Eynən uğurlu insan olmaq da belədir. Bunu bir xəstəlik kimi düşünək. Naxoş bir insanın yanında oturduqda xəstəliyin əlamətləri bizə də yayılır, ona görə də ondan uzaq durmağa çalışırıq. Deməli əsas məsələ sağlam yəni uğurlu insanları tapmaq lazımdır.  Bəs peşəkar inkişaf üçün hansı xususiyyətlərə malik insanlarla gəzsək yaxşı olar? Gəlin birlikdə analiz edək.  

1) Dürüst insanlar tapmaq lazım.

Hazırki cəmiyyətdə həqiqətən bunu tapmaq olduqca çətin olduğunu sizdən yaxşı anlayıram bəlkə də.  Amma inanın ki, dürüst olmaq uğurlu olmaq üçün ən vacib faktordur. Elə Baffet deyir ki, heç vaxt dürüst olmayan birini işə almayın və əlavə edir ki,

Bir insanda 3 nüansı axtarın: Zəka, enerji və dürüstlük. Üçüncü yoxsa digərlərini boş verin.

2) Yox deməyi bacaran insanlar axtarın.

Bizim üçün ən vacib faktor vaxtdır. Elə pulumuzu dəyərli edən də vaxtdır. Vaxtımızı alan insanlardan uzaq durmaq üçün yox deməyi bacarmalıyıq. Baffetin tərzincə desək,

Həqiqətən uğurlu insanla özünü uğurlu adlandıran insan arasında fərq, həqiqətən uğurlu insanın demək olar ki hər şeyə yox deməsidir. 

3) Oxuyaraq dünyagörüşünü artıran insanlar tapın.

Çox insan tanıyıram ki, gününü sosial şəbəkədə boş -boş gəzməyə və ya  efirdə verilən bütün serialları izləməyə sərf edir. Əgər bilginizi artırmaq istəyirsinizsə, niyə kitab oxumursunuz? Baffet və Munger deyir ki, biz qazandıqlarımızın 80%-ni oxuduğumuz kitablara borcluyuq. Və ya başqa sözlə desək,

Hər gün 500 səhifə kitab oxuyun. Bilginiz beləcə daha çox artacaqdır.

4) Başqaları tərəfindən sevilən insanlarla gəzin

 Baffet haqqında biyoqrafiya olan “The Snowball: Warren Buffet and the Business of Life” kitabına görə, tələblər tərəfindən  Baffetə ən böyük uğuru və uğursuzluğu soruşulub, cavab isə belə olub:

Mənim yaşıma gəldiyiniz zaman həyatdakı uğurunuzu həqiqətən dəyər verdiyiniz insanların sizə nə qədər dəyər verdiyini ölçərək öyrənəcəksiniz.  Çox varlı insanlar tanıyıram ki, onlara həyatda heç kəs dəyər vermir. Bu əslində həyatımızı necə keçirdiyimizlə bağlı ən çətin imtahandır. 

İnsanlar tərəfindən sevilmək istəyirsinizsə sevilə bilən olun. Sevgi də satış prosesi kimi al-ver qanununa əsaslanır.  Yəni nə qədər  sevgi versəz o qədər sevgi alarsınız. Amma bu sevgini layiq olana verin. 

© Banco.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256